Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 06:05

Ukrayna üçün əlavə Javelin hazırlanacaq


Javelin tank əleyhinə raket

ABŞ Müdafiə Departamenti Ukrayna daxil olmaqla tərəfdaş ölkələri üçün Javelin tank əleyhinə raket sistemlərinin istehsalı üzrə yeni kontrakt imzalayıb. Məlumatı Ukrinform martın 3-də yayıb.

Fevralın 28-də imzalanmış kontraktın dəyəri 18 milyon dollardan artıqdır, “Raytheon and Lockheed Martin” şirkətinə verilir, iş Arizonada həyata keçiriləcək.

İşlərin 2020-ci il iyunun 25-dək tamamlanacağı gözlənir.

Sifarişlərin çatdırılacağı ölkələr sırasında Gürcüstan, Ukrayna, Türkiyə, Çexiya və digərləri sadalanır.

Dövlət Departamenti hələ oktyabrda Ukraynada 39,2 milyon dollarlıq hərbi avadanlığın satışını təsdiqləyib. Javelin raketlərinin ikinci partiyası də oraya daxil idi.

XS
SM
MD
LG