Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:40

Rusiya Yukosa 50 milyard dolları ödəyəcəkmi


Yukos-un Moskvada loqosu, 2003-cü il
Yukos-un Moskvada loqosu, 2003-cü il

Niderland apelyasiya məhkəməsi beynəlxalq arbitrasiya panelinin Rusiyayla bağlı qərarını qüvvədə saxlayı, Rusiyanın keçmiş neft nəhəngi Yukosun səhmdarlarına 50 milyard dollarlıq kompensasiya ödəməli olması haqda qərar çıxarıb. Moskva isə qərardan şikayət verəcəyini bildirib.

Fevralın 18-də məhkəmə Haaqa Dairə Məhkəməsinin 2016-cı il qərarını ləğv edib. Həmin qərar kompensasiya ödənməsini ləğv etmişdi və bunu da Daimi Arbitrasiya Məhkəməsinin yurisdiksiyasının olmaması ilə əsaslandırmışdı, belə ki, iş Rusiyanın imzaladığı, amma ratifikasiya etmədiyi enerji sazişinə əsaslanıb.

Rusiyanın Ədliyyə Nazirliyi fevralın 18-də dərhal bildirib ki, Niderland Məhkəməsinin qərarından apelyasiya verəcək.

Khodorkovsky-ni siyasi arenadan uzaqlaşdırmaq...

Haaqa Apellyasiya Məhkəməsi qərarında qeyd edir ki, 2016-cı ildə arbitrasiya qərarının ləğvi “düzgün olmayıb. Bu, arbitrasiya qərarının yenidən qüvvədə olması deməkdir”.

Daimi Arbitrasiya Məhkəməsi belə bir qərar çıxarmışdı ki, Moskva Yukosu nəhəng vergi iddiaları ilə yükləyərək 2003-cü ildə ona nəzarəti ələ alıb.

Dövlət “Yukosa və sahibkarlarına tammiqyaslı hücuma keçərək onu müflis etmək və aktivlərini mənimsəmək, eyni zamanda, cənab Khodorkovsky-ni siyasi arenadan uzaqlaşdırmaq istəyiblər”, – hakimlər onda bildirmişdilər.

O zaman Rusiya hökumətinin addımı Yukosun təsisçisi və direktoru, Prezident Vladimir Putinin açıq opponenti Mikhail Khodorkovsky-ni susdurmaq cəhdi kimi yozulurdu.

Yukos səhmdarları Haaqa məhkəməsinin qərarını “tamamilə qüsurlu” hesab edərək şikayət vermişdilər.

Yukos necə çökdürüldü

Khodorkovsky 2003-cü ildə Sibirdə təyyarə minərkən həbs olunub, sonradan maliyyə cinayətlərində təqsirli bilinib. O, on ilini həbsdə keçirib, Putin onu əfv edəndən sonra Rusiyadan çıxıb.

Khodorkovsky və tərəfdarları deyirdilər ki, ittihamları ona Kreml Putinə qarşı çıxdığı üçün quraşdırıb.

Səhmlərinin böyük hissəsinin sahibi olduğu şirkət isə tədricən Rosneftə birləşdirilib. Rosneft 2004-cü ildə kiçik bir şirkət idi.

Daimi Arbitrasiya Məhkəməsi qərarını Enerji Xartiyası Sazişinə əsaslandırmışd. Amma Niderland məhkəməsi 2014-cü ildə həmin qərarı ləğv edəndə bildirmişdi ki, Rusiya sazişi heç vaxt ratifikasiya etməyib deyə, bu qərar “Rusiya qanunlarına ziddir”.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına görə, Khodorkovsky və 10 ildən çox həbs cəzası çəkmiş biznes tərəfdaşı Platon Lebedev-in ədalətli məhkəmə hüququ təmin olunmayıb. Onlar mənimsəmədə və çirkli pulyumada təqsirli bilinmişdilər.

Məhkəmə yanvarın 14-də bildirib ki, Lebedev və Khodorkovsky-nin cinayət təqibində siyasi motiv tapmayıb və onlara heç bir kompensasiya ödənməməlidir. Khodorkovsky indi də Prezident Vladimir Putinin əsas opponentlərindəndir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG