Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Rohani iranlıları səs verməyə çağırdı


Tehran, 11 fevral, 2020-ci il
Tehran, 11 fevral, 2020-ci il

İran Prezidenti Hassan Rohani islam inqilabının 41-ci ildönümü münasibətilə çıxışında iranlı seçiciləri qarşıdan gələn parlament seçkilərində iştiraka çağırıb.

Rohani seçiciləri 21 fevral seçkisində “passiv olmamağa”, “mümkün şikayətlərə və tənqidə” baxmayaraq səs verməyə səsləyib. Mühafizəkar Mühaffizlər Şurası minlərlə namizədi seçkiyə buraxmayıb. Onların içində 90 indiki deputat da var.

“Sizi passiv olmamağa çağırıram”, – president deyib.

Rohani deyib ki, Birləşmiş Ştatlar “bizim sevimli xalqımıza, bütün ticarətimizə, ixracımıza, idxalımıza, ölkəmizin ehtiyaclarına həddən artıq təzyiq göstərib, xalqımızın səbrini tükəndirib”.

“Ancaq amerikalılar İran xalqının böyüklüyünü anlamayıblar”, – o, kütləyə müraciətlə deyib.

***

İran islam inqilabının ildönümünü qeyd edir

Fevralın 11-də onminlərlə iranlı Tehranda və digər şəhərlərdə küçələrə çıxaraq 1979-cu il islam inqilabının ildönümünü qeyd edir. Bu tədbirlər Birləşmiş Ştatlarla gərginliyin yüksəldiyi bir dönəmə təsadüf edir.

Əhali əllərində dövlət bayraqları, islam respublikasının qurucusu, mərhum ayətulla Ruhollah Khomeini-nin portretlərini tutaraq Tehranın mərkəzindəki Azadi meydanına yığışıblar. Prezident Hassan Rohani bu gün meydanda çıxış edəcək.

İştirakçılar “Amerikaya ölüm”, “Sonadək dayanacağıq” sözləri yazılmış plakatlar da qaldırıblar.

Dövlət televiziyası Məşhəd, Əhvaz və Kirman şəhərlərindən yürüşlərin kadrlarını da yayıb.

41 il öncə Khomeini ardıclıları ABŞ-ın dəstəklədiyi Şah Reza Pahlavi-ni devirib, İranda 40 ildir davam edən dini idarəçiliyin təməlini qoyub.

Birləşmiş Ştatlar 2018-ci ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sərt sanksiyaları bərpa edib. Tehran da tədricən öhdəliklərindən geri çəkilməyə başlayıb, bu il deyib ki, daha özünün sənədə əməl etməli olduğunu düşünmür.

Soleimani-nin qızı çıxış edəcək

Yanvarın əvvəlindən ikitərəfli münasibətlərdə gərginlik daha da artıb. İranın elit Qüds qüvvələrinin lideri, General mayor Qasem Soleimani Bağdad yaxınlığına ABŞ-ın dron zərbəsində öldürülüb. Bundan sonra Tehran İraqda ABŞ hərbçilərinin olduğu iki bazaya raket zərbələri endirib. Pentaqon bu hücumlar zamanı 109 hərbçisinin orta travmatik beyin xəsarəti aldığını bildirir.

Soleimani-nin qızı Zeynəb fevralın 11-də Azadi meydanında çıxış etməlidir.

Fevralın 21-də isə İranda parlament seçkiləri keçirilməlidir. Bu seçkidə Rohani ilə mötədil və islahatpərəst fraksiyalardan ibarət düşərgəsinin populyarlığı sınağa çəkiləcək.

2015-ci il nüvə sazişinə razılıq verdiyinə görə Rohani hökuməti mühafizəkarların təzyiqinə məruz qalıb. Həmin sənəd İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Vaşinqton “maksimum təzyiq” kampaniyasını davam etdirdikcə ictimai qəzəb də yüksəlməkdədir.

Hökumət noyabrda yanacağın qiymətini qaldıranda İranın 100-dən artıq şəhərində hökumətə qarşı etirazlar başlandı, təhlükəsizlik qüvvələri onları zorakılıqla yatırdı, ölkədə internetə çıxış məhdudlaşdırıldı.

Ötən ay Tehran aeroportundan qalxan Ukrayna sərnişin təyyarəsinin vurulması da ictimai qəzəbi gücləndirib. Təyyarədə olan 176 nəfər həlak oldu.

İran hakimiyyəti əvvəlcə hadisəyə görə məsuliyyət götürmədi. Faciədən üç gün sonra İslam İnqilab Keşikçiləri Korpusu təyyarənin ölkənin havadan müdafiə qüvvələri tərəfindən “səhvən” vurulduğunu etiraf etdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG