Keçid linkləri

Təcili xəbərlər
2020, 10 İyul, Cümə, Bakı vaxtı 07:56

ABŞ indi də 109 hərbçisinin beyin xəsarəti aldığını deyir


Ain al-Asad bazası, 13 yanvar, 2020-ci il

Birləşmiş Ştatlar ötən ay İraqdakı hərbi bazaya İranın raket hücumundan beyin travması almış hərbçilərinin sayını beşinci dəfə qaldırıb.

Müdafiə Departamentinin fevralın 10-da bildirməsinə görə, 109 hərbçiyə orta travmatik beyin xəsarəti diaqnozu qoyulub. Departament onlardan 76-nın vəzifə başına qayıtdığını açıqlayıb.

Pentaqon daha öncə 64 nəfərin xəsarət aldığını bildirmişdi.

Prezident Donald Trump ilk öncə demişdi ki, yanvarın 8-də Ain al-Asad Hava Bazasına hücumda xəsarət alan amerikalı olmayıb. Bu hücum Birləşmiş Ştatların Bağdadda İranın aparıcı generalını öldürməsindən sonra baş vermişdi.

Mümkün travmatik beyin xəsarətləri ilə bağlı suala cavabında Trump demişdi ki, “Gördüyüm digər xəsarətlərə baxanda onları çox ciddi xəsarət hesab etmirəm”.

Ancaq hücumdan sonrakı həftələrdə açıqlanan məlumatlarda xəsarət hallarının sayı getdikcə artıb.

Pentaqonun məlumatına görə, say ona görə artır ki, simptomların üzə çıxarması üçün vaxt lazımdır.

Tehran hava bazasına hücumu Qüds Qüvvələrinin lideri, General mayor Qasem Soleimani-nin öldürülməsinə görə intiqam adlandırıb. General yanvarın əvvəlində Bağdad yaxınlığında aeroportda dron zərbəsində qətlə yetirilib.

Xaricdə Müharibələrin Veteranları qrupunun milli komandiri William Schmitz deyib ki, qurum xəsarətlərin miqyasını kiçiltdiyinə görə “prezidentdən hərbçilərimizə və qadınlara üzrxahlıq gözləyir”.

XS
SM
MD
LG