Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:49

Türkiyəli müəllimlərin deportasiyasına görə mühakimə olunacaq


Türkiyəli müəllimlərin deportasiyasına etiraz aksiyası, sentyabr, 2018-ci il
Türkiyəli müəllimlərin deportasiyasına etiraz aksiyası, sentyabr, 2018-ci il

Moldovanın Təhlükəsizlik və İnformasiya Xidmətinin (TİX) keçmiş rəhbəri Vasile Botnariyə qarşı cinayət işi bu həftə məhkəməyə göndərilib. O, 2018-ci ilin sentyabrında yeddi türkiyəli müəllimi məcburi deportasiya etməklə vəzifə səlahiyyətini aşmaqda ittiham olunur. Bu haqda “Balkan Insight” portalı yazır.

Ölkənin Baş prokuroru Alexandr Stoianoglu fevralın 5-də bildirib ki, Botnariyə qarşı ittihamnamə artıq məhkəməyə göndərilib. 2018-ci ildə Moldovadan Türkiyəyə deportasiya olunmuş yeddi müəllim mühacirətdə yaşayan vaiz Fethullah Gulen ilə əlaqələrdə şübhəli bilinər həbsə atılıblar.

“Əməliyyat bütünlükdə o zaman TİX rəhbəri olmuş təqsirləndirilən tərəfindən təşkil, koordinasiya və idarə olunub”, – Stoianoglu vurğulayıb.

Deportasiyanın siyasətçilərlə bağlılığı aşkarlanmayıb

Moldova və Türkiyənin kəşfiyyat xidməti sözügedən yeddi müəllimi birgə əməliyyat nəticəsində saxlamışdı. Onlar Moldovada Gulen-ə bağlı özəl orta məktəblərdə çalışırdılar.

Türkiyə hökuməti Guleni Ankarada uğursuz çevriliş cəhdində ittiham edir. O, hazırda ABŞ-da yaşayır.

TİX-in iki keçmiş direktor müavini, Miqrasiya və Sığınacaq Bürosunun rəhbəri isə cinayət təqibindən azad olunublar, onların sadəcə əmri icra etdikləri üzə çıxıb.

Stoianoglo deyib ki, istintaq müəllimlərin deportasiyası ilə Prezident Igor Dodon, yaxud Moldovanın digər siyasətçiləri arasında hər hansı əlaqə aşkarlamayıb.

Etnik türk qaqauz azlığından olan baş prokuror qovulmuş müəllimlər və onların ailələrinə türkcə müraciət edərək deyib: “Moldovanın türkiyəli müəllimlərin fundamental hüquqlarını müdafiə edə bilmədiyi üçün çox üzr istəyirəm və ümid edirəm, bu, hamıya dərs olar”, – o deyib.

Müəllimlər Türkiyədə terrorçu fəaliyyətdə təqsirli bilinərək 9 ilədək həbs cəzasına məhkum ediliblər.

Avropa İnsan Hüquqları Məhkəməsinin 2019-cu il iyunun 11-də çıxardığı qərarda deyilir ki, Moldova Türkiyə vətəndaşlarının hüquqlarını pozub və dövlət onların hər birinə 25 min avro kompensasiya ödəməlidir.

Botnari 2018-ci ilin mayından 2019-cu ilin iyununadək TİX-ə rəhbərlik edib. O, Demokratik Partiyanın rəhbərlik etdiyi, 2019-cu ildə hakimiyyətdən getmiş hökumətdə İnformasiya Texnologiyası və Kommunikasiya naziri olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG