Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Türkiyəlilər Moldovadan ‘qanunsuz’ çıxarılıb


Bu il martın sonunda Kosovodakı Mehmet Akif Kollecinin müəllimləri də deportasiya olunmuşdu
Bu il martın sonunda Kosovodakı Mehmet Akif Kollecinin müəllimləri də deportasiya olunmuşdu

Moldova hakimiyyətinin yeddi türkiyəlini saxlayaraq deportasiya etməsi yeri və beynəlxalq insan haqları qruplarının qınağına tuş gəlib.

“Bu adamların Türkiyəyə verilməsi onlarına həyatına və təhlükəsizliyinə təhlükə yaradır, onların ədalətli mühakimə olunmayacağı riski də var”, – Moldovanın Hüquqi Resursları Mərkəzi və Promo-LEX insan haqları qrupu sentyabrın 6-da birgə bəyanatda bildirib.

“GÖSTƏRİŞ TÜRKİYƏDƏN GƏLİB”

Ölkənin dövlət təhlükəsizlik xidməti, SIS yeddi əcnəbini deportasiya etməsini onların “milli təhlükəsizliyə risk” yaratması ilə izah edib, milliyyətlərini açıqlamayıb.

Saxlananlar Türkiyənin Kişinaudakı orta məktəbinin işçiləridir. Bu məktəbin ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fethullah Gulen-lə əlaqəli olduğu bildirilir. Ankara onu 2016-cı ilin uğursuz çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gulen ittihamları rədd edir.

Fethullah Gulen
Fethullah Gulen

Saxlanıb buraxılan bir müəllim jurnalistlərə deyib: “Dəqiq nə baş verdiyini bilmirik, düşünürük ki, bu göstəriş Türkiyədən gəlib”.

Türkiyə hakimiyyəti də hələlik, məsələyə münasibət açıqlamayıb.

Ədliyyə Nazirliyində dövlət katibi Nicolae Esanu-nun fkrincə, bu hərəkətin mümkün fəsadları narahatlıq yaradır.

“Ümid edirəm, SIS-in dosyelərində Türkiyə vətəndaşlarının deportasiyasını əsaslandıran sənədlər var. Ölkədən qovulanlar bizi məhkəməyə verməsələr, Avropa Məhkəməsinin qərarından yayına bilərik”, – o, Facebook-da yazıb.

“ERDOGAN TƏQİBLƏRİNƏ OXŞAR”

Londonda mənzillənən Amnesty International hüquq-müdafiə təşkilatının bildirməsinə görə, yeddi saxlanan Moldovadan sığınacaq istəyib, öz ölkələrində təqib olunacaqlarını iddia ediblər.

Moldova hakimiyyəti “bu şəxsləri deportasiya etməklə təkcə onların individual hüquqlarını pozmayıb, onları ədalətsiz mühakimə kimi əlavə insan haqları pozuntularına məruz qoyub”, – qurumun Şərqi Avropa və Orta Asiya üzrə direktoru Marie Struthers deyib.

Struthers-in sözlərinə görə, son həbslər Türkiyə prezidenti Recep Tayyip Erdogan-ın “getdikcə daha da repressivləşən hökumətinin xaricdə yaşayan Türkiyə vətəndaşlarına qarşı siyasi təqibləri”nə oxşardır.

O, martda da məktəb işçiləri olan altı türkiyəlinin “oğurlandığını və qanunsuz olaraq Türkiyəyə qaytarıldığını” yada salıb.

Amnesty International bildirir ki, bir neçə saat ərzində əlavə türkiyəlilərin Türkiyəyə deportasiya olunacağı barədə onda informasiya var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG