Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:56

Koronovirusdan ölənlərin sayı 560-ı keçib


Çindən Rusiya vətəndaşlarını gətirmiş təyyarə Tümen yaxınlığına enib
Çindən Rusiya vətəndaşlarını gətirmiş təyyarə Tümen yaxınlığına enib

Yaponiyanın Yokohama limanında lövbər salmış kruiz gəmisində daha 10 adamda koronovirus tapılıb, 170 nəfərin test nəticələri isə hələ çıxmayıb.

Səhiyyə naziri Katsunobu Kato fevralın 5-də deyib ki, “Diamond Princess” gəmisindəki 3 min 700 nəfər 14 günədək karantində saxlanacaq. Virusa yoluxanlar xəstəxanaya yerləşdirilib.

Xarici İşlər Nazirliyi Tokiodakı Rusiya səfirliyinə gəmidə 24 rusiyalının olduğunu bildirib.

Səfirlik rusiyalı sərnişinlərdə virus aşkarlanmadığını deyir. Facebook səhifəsində bəyan edib ki, “kruiz gəmisindəki rusiyalılara kömək üçün işi davam etdirir”.

Gəmidən bir nəfər AzadAvropa/AzadlıqRadiosu-na orada azı 20 ukraynalının olduğunu deyib.

Müayinələr davam etdiyindən yoluxanların sayı arta bilər.

Daha bir gəmidə yoxlama aparılır

Honq Konqda lövbər salmış, 3 min 600-dək adamın olduğu daha bir kruiz gəmisində də koronovirus yoxlamaları aparılır.

Virusdan Çində 563 nəfər dünyasını dəyişib, 28 mindən çox adamın yoluxduğu xəbər verilir.

Fevralın 6-da virusun episentri sayılan Vuhan şəhərində yerli hakimiyyət xəstələrin müalicəsindən ötrü xəstəxana çarpayısı və digər avadanlığın çatışmadığını bildirib. Hazırda yeni bir xəstəxana tikilməkdədir, minlərlə pasiyenti idarə etmək üçün dövlət büdcəsindən vəsait yönləndirilir.

Milyonlarla çinlinin evlərindən çıxması qadağan olunub. Virusun yayıldığı, 50 milyondan çox əhalisi olan Hubey vilayətində karantin tədbirləri görülür.

20-dən artıq ölkə virusa 175 yoluxma halının aşkarlandığını təsdiqləyib.

Rusiya və Birləşmiş Ştatlar daxil bir sıra hökumətlər səyahət qadağaları tətbiq edib, Çinə aviareysləri təxirə salıblar.

Rusiya Baş nazirinin müavini Tatyana Golikova fevralın 5-də deyib ki, hökumət Çindən gələn tranzit reyslərini də qadağan edib ki, xaricilər Rusiyaya ayaq basmasın.

Rusiya səfirliyi fevralın 5-də Hubeydən 128 rusiyalının evakuasiya olunduğunu bəyan edib.

Özbəkistanın Səhiyyə Nazirliyi bildirib ki, Vuhandan 84, Çindən isə 251 özbəkistanlı repatriasiya edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG