Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:35

Pompeo Kiyevə ‘tam dəstək’ vəd edib


Mike Pompeo (ortada), Vadym Prystaiko (solda) və Mitropolit Yepifaniy anım tədbirində
Mike Pompeo (ortada), Vadym Prystaiko (solda) və Mitropolit Yepifaniy anım tədbirində

Ukrayna bildirir ki, Birləşmiş Ştatlar ölkənin “ərazi bütövlüyü”nün bərpasına “tam dəstəyi”ni bir daha dilə gətirib. Kiyev ölkənin şərqindəki Donetsk və Luqansk regionlarında Rusiyanın dəstəklədiyi qüvvələrlə mübarizə aparır.

“Michael Pompeo təminat verdi ki, Birləşmiş Ştatlar Ukraynanı Rusiyanın təcavüzünü dayandırması və suverenliyi və ərazi bütövlüyünün tam bərpasında tamamilə dəstəkləyir”, – Ukraynanın Xarici İşlər Nazirliyi yanvarın 31-də bəyanatında deyib. Bundan öncə ölkənin baş diplomatı Vadym Prystayko ABŞ-ın Dövlət katibi Mike Pompeo ilə görüşüb.

Pompeo Kiyevdə Prezident Volodymyr Zelenskiy və Ukraynanın digər aparıcı rəsmiləri ilə də görüşməlidir.

Avropa ölkələrinin ayırdığı yardımla yanaşı Kiyev Vaşinqtonun diplomatik dəstəyi və hərbi yardımından da asılıdır. Tank əleyhinə Javelin raketləri və digər texnika əldə etmək istəyir.

ABŞ-da Prezident Donald Trump-a qarşı impiçment prosesi başlanandan Pompeo Ukraynaya səfər edən ən yüksək çinli ABŞ rəsmisidir.

Demokratlar Trump-ı Ukraynaya təzyiq göstərməklə səlahiyyətini aşmaqda ittiham edirlər. İddialara görə, Trump Kiyevdən siyasi rəqibinə qarşı araşdırma aparmasını istəyib, bundan ötrü Kiyevə hərbi yardımı yubandırıb, Zelenskiy-in Ağ evə dəvət olunması üçün də belə bir təhqiqatın rəsmən elan olunmasını şərt kimi qoyub.

Bir neçə gün öncə isə Pompeo NPR jurnalistinin sualına qəzəblə “Sizcə, Ukrayna amerikalıların çox vecinədir?” cavabını vermişdi.

Prystayko ilə görüşdən öncə Pompeo Ukraynada altı ildir gedən münaqişədə ölənlərin xatirə mərasiminə qatılıb. 2014-cü ilin aprelindən başlanmış münaqişədə 13 mindən çox adam ölüb. Rusiya həmin ilin martında Ukraynanın Krım yarımadasını ilhaq edib, amma beynəlxalq ictimaiyyət bu ilhaqı tanımayıb.

Pompeo iki ölkə arasında güclü ikitərəfli münasibətlərin qalmasının vacibliyini vurğulayıb, bunu da Ukrayna Xarici İşlər Nazirliyi bildirir.

2018-ci ildə ABŞ və Ukrayna arasında ticarət dövriyyəsi 4 milyard dollara yaxın olub. Tərəflər daha çox mineral yanacaq, maşın, dəmir və polad, kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğul olur.

Region turuna Londondan başlayan Pompeo Belarus, Qazaxıstan və Özbəkistana da səfər edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG