Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 10:33

Ukraynaya Javelin raketlərinin ikinci partiyası satılacaq


Javelin antitank raketi Kiyevdə paradda, arxiv fotosu

ABŞ Dövlət Departamenti Ukraynaya 39,2 milyon dollarlıq hərbi avadanlıq satışını təsdiqləyib. Bu avadanlığa Kiyevin Rusiyanın dəstəklədiyi separatçılara qarşı özünü müdafiə etməkdən ötrü antitank raketləri də daxildir.

Oktyabrın 3-də təsdiqlənmiş sazişə 150 Javelin raketi, 10 raket qurğusu daxildir.

2018-ci ilin aprelindən Ukrayna Birləşmiş Ştatlardan 210 raket və 37 raket qurğusu alıb.

ABŞ və Ukrayna rəsmilərinin sözlərinə görə, Javelin raket sistemləri müharibənin irimiqyaslı qızışması halı üçün nəzərdə tutulub və hücum məqsədli deyil.

“Javelin sistemi Ukraynanın uzunmüddətli müdafiə gücünü artırmasına kömək edəcək”, – Dövlət Departamenti Konqresə məktubunda yazırdı.

Son satışı hələ Konqres təsdiqləməlidir. Ancaq Konqresdə Ukraynaya dəstək güclüdür.

Rusiyanın Xarici İşlər Nazirliyi isə bildirib ki, Javelin razılaşması Ukraynanın müdafiə qabiliyyətinə kömək etməyəcək, ölkə büdcəsini çökdürəcək.

“Bu gün Ukraynaya həqiqətən gərəkən daxili münaqişəni bitirmək, bir çox sahələrdə böhrana son qoymaq, iqtisadiyyatı yaxşılaşdırmaq, korrupsiyayla mübarizə aparmaqdır…” – XİN-in sözçüsü Maria Zakharova oktyabrın 3-də deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG