Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Aprel, bazar, Bakı vaxtı 18:28

Cakartada daşqınlarda 43 nəfər ölüb


Arxiv fotosu

İndoneziya paytaxtı Cakartada daşqınlar 43 nəfərin həyatına son qoyub. Cümə günü xilasedicilər əlavə cəsədlər aşkarlayıblar.

Musson yağışları və çaylarda suyun səviyyəsinin qalxması Cakartada azı 182 yaşayış məntəqəsini su altında qoyub.

Bu, 2013-cü ildən bəri ən çox ölümlə nəticələnmiş daşqındır. Həmin il daşqınlarda 57 nəfər həlak olmuşdu.

Dünəndən şəhərin bəzi yerlərində su çəkilməyə başlayıb, sakinlər tədricən evlərinə qayıdırlar.

Paytaxt ərazisində 397 min nəfərin evindən didərgin düşərək sığınacaqlara üz tutduğu xəbər verilir.

Onminlərlə yaşayış evi və şirkətə elektrik verilişi bərpa olunub.

Cakartanın Halim Perdanakusuma ölkəiçi aeroportu açılıb. Aeroportun uçuş zolağını su basmış, 20 min sərnişinin səyahət planları pozulmuşdu.

“The Associated Press” agentliyi yazır ki, bu daşqın İndoneziyanın infrastruktur problemlərini üzə çıxardı.

Cakartada 10 milyon nəfər yaşayır, paytaxt ətrafıyla birlikdə isə əhali sayı 30 milyon nəfərdir.

XS
SM
MD
LG