Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 11:16

Vertolyot qəzasında 8 nəfər həlak olub


Shen Yi-ming

Tayvanda dağlıq ərazidə vertolyot fövqəladə eniş edib, yüksək rütbəli hərbçi və daha yeddi nəfər həlak olub. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Yanvarın 2-də baş vermiş qəzada baş qərargah rəisi, hava qüvvələri generalı Shen Yi-ming həlak olub. “Qara qırğı” (“Black Hawk”) vertolyotunda 13 nəfər olub.

Beş sərnişin xilas edilib.

İnsidentin səbəbi bəlli deyil.

62 yaşlı Shen və bir neçə ordu zabiti rutin missiyaya, əsgərlərə ziyarətə gedirdilər.

Bir həftə sonra Tayvanda prezident və parlament seçkiləri keçiriləcək.

Çin Tayvanı öz ərazisi hesab edir və lazım gələrsə, zorla Pekinin nəzarətinə alına biləcəyini deyir.

XS
SM
MD
LG