Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:26

Əfqanıstanda 14 təhlükəsizlik əməkdaşı öldürülüb


Arxiv fotosu

Taliban qruplaşması Əfqanıstanın şimalında hökumətyönlü qüvvələrin qərargahına hücum edib, 14 əfqan təhlükəsizlik əməkdaşı öldürülüb. Hücum dekabrın 30-da sübh çağı törədilib. Taliban qruplaşması hücuma görə dərhal məsuliyyəti götürüb.

Bu hücumdan bir neçə saat öncə Taliban rəsmiləri “The Associated Press” agentliyinə demişdilər ki, şura liderləri arasında ölkə ərazisində müvəqqəti atəşkəslə bağlı razılaşma əldə olunub. Atəşkəsin nə vaxt qüvvəyə minəcəyi bəlli deyil.

Cauzacan vilayətində öldürülən 14 nəfərdən 13-ü hökumətyönlü silahlı, biri isə polis əməkdaşıdır.

Daha beş silahlı yaralanıb, ikisi isə itkin düşüb.

ABŞ ordusu isə gündəlik hesabatında bildirib ki, əfqan qüvvələrlə gecə əməliyyatları zamanı ölkə boyunca 30 talibançı öldürülüb, bir neçəsi saxlanıb.

Son günlər Taliban Əfqanıstanın şimalında hücumları intensivləşdirib.

XS
SM
MD
LG