Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:23

‘Memorial’ 19-cu dəfə cərimələnib


Memorial-ın Moskvadakı ofisi
Memorial-ın Moskvadakı ofisi

Rusiyanın “Memorial” insan haqları qrupu tənqidçidlərin “repressiv” adlandırdığı qanunu pozduğuna görə 19-cu dəfə cərimələnib.

Dekabrın 25-də Moskvadakı Tverskoy Rayon Məhkəməsi təşkilatı 300 min rubl (4 min 840 dollar), onun direktoru Aleksandr Cherkasov-u isə 100 min ( 1610 dollar) cərimələyib. Səbəb təşkilatın veb səhifələrindən birinin üzərinə “xarici agent” nişanının vurulmamasıdır. Qanun xaricdən maliyyələşən təşkilatlardan bunu tələb edir.

Tənqidçilər deyirlər ki, qanunun məqsədi vətəndaş cəmiyyətini boğmaq, narazıları susdurmaqdır.

Rusiyanın ən qocaman insan haqları qrupu olan “Memorial”a kəsilmiş cərimələrin məbləği 3,5 milyon rubla (57 min dollar) çatır.

“İfadə azadlığını məhdudlaşdırır”

Avropa Parlamenti bu ayın əvvəlində bildirib ki, sözügedən qanun “vətəndaş cəmiyyətinə ədavətli mühit” yaratmağı hədəfləyir.

Rusiya 2012-ci ildə böyük antihökumət etirazlarından sonra “xarici agent” qanununu qəbul edib. Qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarından qeydiyyatdan keçməyi tələb edirdi.

“Bu qanun, media, insan haqları təşkilatları və vətəndaş cəmiyyətinə qarşı cərimələrdən aşırı istifadə onları resurslarını cərimələrin ödənməsinə, məhkəmədə müdafiəyə yönəltməyə məcbur edir və bu da ifadə azadlığını məhdudlaşdırır”, – avropalı deputatlar dekabrın 19-da qəbul etdikləri qətnamədə bildirirlər.

İlin əvvəlində “xarici agent” qanununa dəyişiklik xarici agent siyahısına salınmış təşkilatlar üçün çalışan reportyorların da xarici agent sayılmasını nəzərdə tutur.

Bu təsnifat xarici media orqanları ilə əməkdaşlıq edən, onlardan maliyyə və digər maddi dəstək alan şəxslərə aiddir.

Tənqidçilərin fikrincə, sözügedən qanunvericiliyin məqsədi müəyyən təşkilatları gözümçıxdıya salmaq, ideyaların azad mübadiləsinə, azad mətbuata əngəl yaratmaqdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG