Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:04

İngilis qadın darts çempionatında tarix yazdı


Arxiv fotosu

Britaniyalı Fallon Sherrock dekabrın 17-də Peşəkar Darts Korporasiyası Dünya Çempionatının qalibi kimi tarixə düşüb.

25 yaşlı idmançı tədbirin birinci raundunda Ted Evetts-I 3-2 hesabıyla məğlub edib.

“Göyün yeddinci qatındayam, tarix yazdığıma inana bilmirəm… Deməyə sözüm yoxdur, sadəcə xoşbəxtəm, çox xoşbəxtəm. Elədiyimə görə özümlə çox fəxr edirəm”, – Sherrock qələbədən sonra deyib.

“The Guardian” yazır ki, Sherrock indiyədək çempionata qoşulmuş beşinci qadındır.

O, ikinci raundda dünya 11-cisi Mensur Suljovic ilə qarşılaşacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG