Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Boeing 737 MAX-ın istehsalını müvəqqəti dayandırır


Boeing 737 MAX 8 təyyarəsi
Boeing 737 MAX 8 təyyarəsi

Boeing şirkəti yanvardan ən yaxşı satılan 737 MAX modelinin istehsalını dondurur.

ABŞ-da yerləşən şirkət dünən – dekabrın 16-da bildirib ki, dünya üzrə bu təyyarələr yığışdırılandan istehsal etdiyi 400 ədəd 737 MAX təyyarəsinin çatdırılmasına önəm verəcək, əlavə təyyarə buraxılmayacaq.

370 təyyarə anbardadır

Boeing Kommersiya Təyyarələrinin Baş İcraçı direktoru Stan Deal işçilərə göndərdiyi qeyddə yazır ki, “bu müvəqqəti addım sistemimizi bərpa olunmaqdan ötrü daha yaxşı mövqeyə çıxaracaq və 737 MAX-ı təhlükəsiz şəkildə xidmətə qaytarandan sonra tamamlanmış təyyarələri daha səmərəli çatdıra biləcəyik”. Xəbəri “Reuters” yayıb.

737 MAX 2017-ci ilin mayında təqdim olunub və 2019-cu ilin martında uçuşdan yığışdırılıb. Bu müddətdə şirkətin göndərdiyi 370 təyyarə isə hazırda dünyanın müxtəlif yerlərində aeroport və anbarlarda saxlanır.

“Reuters” yazır ki, bu addımın birbaşa təsiri böyük olmayacaq. Çünki ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) 737 MAX-ın uçuşu bərpa etməsini təsdiqləyir və şirkətin birinci prioriteti flotlardakı 737 MAX-ların xidmətə qaytarmaqdır.

Daha sonra istehsal olunmuş 400 təyyarənin çatdırılması məsələsinə baxılacaq.

Təhlilçilərin hesablamasına görə, Boeing hər ay müştərilərə maksimum 70 təyyarə çatdıra bilər və bu da yığılmış borcun altı ay ərzində yerinə yetirilməsi deməkdir.

İcazənin verilməsinə hələ var

ABŞ rəsmilərinin agentliyə bildirməsinə görə, FAA-nın bu təyyarələrin uçuşuna icazə verməsi fevraladək çəkə, hətta martadək uzana bilər.

Avropa və Çindəki tənzimləyicilər isə bildiriblər ki, onlar sözügedən təyyarənin uçuşu bərpa etməsinə daha gec icazə verə bilərlər.

737 MAX operatorları – Southwest Airlines Co, United Airlines Holdings IncFiji Airways bildiriblər ki, Boeing-in istehsalı müvəqqəti dayandırmaqla bağlı açıqlamasını araşdırırlar və bunun onların qrafikinə, planlarına təsirinə dair dərhal şərh verə bilməzlər.

Bəs, rəsmi təsdiqdən sonra 737 MAX-ın uçuşları bərpa etməsi nə qədər çəkə bilər. “Reuters” yazır ki, hava şirkətləri bundan ötrü Boeing-in yeni proqramını quraşdırmalı, boş dayanmış təyyarələr üzərində bir sıra texniki baxış keçirməli, pilotlara tövsiyə olunan təlim keçməlidirlər.

ABŞ-dakı daşıyıcılar bu prosesin FAA-nın təsdiqindən sonra azı bir ay çəkə biləcəyini deyiblər.

737 MAX Boeing-in ən yaxşı satılan təyyarələridir.

Ötən ilin oktyabrında İndoneziyada 737 MAX qəzaya uğrayıb, 189 nəfər həlak olub. Bu ilin martında isə Efiopiyada qəzaya düşən təyyarədə 157 nəfər vardı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG