Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:27

Rusiya Boeing-i məhkəməyə verir


Boeing 737 MAX təyyarələri

Rusiyanın dövlətə məxsus aviasiya lizinqi şirkəti Boeing-i məhkəməyə verir, onu 737 MAX sərnişin təyyarəsinin defektlərini gizlətməkdə suçlayır.

Rostec-ə məxsus “Avia Capital Services” şirkəti 2012-ci ildə 35 təyyarə sifariş edib, ancaq indi razılaşmanı ləğv etmək, 35 milyon dollarlıq depoziti faizi ilə birlikdə geri almaq istəyir.

Şirkət həmçinin itirdiyi gəlirlərə görə 75 milyon dollar, həmçinin ziyana görə əlavə pul tələb edir. Məlumatı “Financial Times” yayıb.

İddia Boeing-in mənzilləndiyi İllinoys ştatında qaldırılıb. Bu, Boeing MAX müştərisi tərəfindən qaldırılmış ilk iddiadır.

Beş ayın içində təyyarənin düşdüyü iki qəzada 346 nəfər həlak olub.

Boeing məsələni şərh etməyib, işə məhkəmədə baxılacağını əsas gətirib. Şirkət MAX təyyarələrində uçuşa nəzarət proqramı yenilənincə noyabrda uçuşlara icazə alacağını gözləyir.

737 MAX Boeing-in ən yaxşı satılan təyyarələridir.

Ötən ilin oktyabrında İndoneziyada 737 MAX qəzaya uğrayıb, 189 nəfər həlak olub. Bu ilin martında isə Efiopiyada qəzaya düşən təyyarədə 157 nəfər vardı.

Günün bütün mövzuları

XS
SM
MD
LG