Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:36

Bakıya yeni lüks təyyarə gəlir


Azərbaycan Hava Yollarına məxsus Boeing 787, arxiv foto, 8 aprel 2015
Azərbaycan Hava Yollarına məxsus Boeing 787, arxiv foto, 8 aprel 2015

“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti VİP hökumət nəqliyyatı kimi dizayn edilmiş B777-200 (LR) təyyarəsini yaxın vaxtlarda Bakıya gətirəcək.

Bu haqda airsoc.com saytı yazır. Sayt xəbər verir ki, Boing şirkəti indiyə qədər 59 ədəd belə təyyarə istehsal edib.

Azərbaycanın daha bir lüks təyyarə almasına dair məlumatı bir neçə başqa aviasiya xəbərləri sahəsində ixtisaslaşan saytlar da yayıblar. Aeroİn saytı hətta iddia edir ki, artıq rənglənmiş, qeydiyyat nömrəsi almış yeni təyyarənin daxili dizaynı xüsusi hazırlanacaq. Bundan əlavə, təyyarə raketdən müdafiə sistemləri, havada yanacaq almaq avadanlıqları ilə təchiz ediləcək. Aeroİn saytı bu təyyarənin Azərbaycan hökumət rəsmilərinin istifadəsinə veriləcəyini yazır. Amma xəbərlərdə təyyarənin Bakıya nə zaman gətiriləcəyi barədə məlumat qeyd edilmir.

Hələlik bu xəbərlərə Azərbaycan rəsmilərindən bir reaksiya almaq mümkün olmayıb. AZAL dövlət hava yollarından AzadlıqRadiosuna qısaca deyiblər ki, yalnız yazılı informasiya sorğusu aldıqdan sonra suallara baxa bilərlər.

İqtisadçı Qubad İbadoğlu “Facebook” səhifəsində yazır ki, bu təyyarənin alınmasına AZAL 346 milyon 900 min ABŞ dolları və ya 589 milyon 730 min manat ödəyib.

O belə bir müqayisə də aparıb:

“Bu vəsait gələn il ölkə üzrə ödəniləcək bütün növ müavinət və sosial yardımlara ayrılan vəsaitə bərabər, 1 illik elm büdcəsindən 3 dəfədən, 1illik ətraf mühitin mühafizəsi xərclərindən 2 dəfədən də çoxdur. Bu vəsaitlə hazırda kənd yerlərində yaşayan 0-17 yaşlı uşaqların hər birinə 1 il ərzində hər ay 95 manat 90 qəpik müavinət vermək olardı”.

Boing şirkətinin hələ bir neçə il əvvəl açıqladığı qiymət listində sözügedən təyyarənin 2015-ci ildəki qiymətinin 313,8 milyon dollara yaxın olduğu göstərilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG