Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:30

Öldürülən jurnalistlərin sayı ‘azalır’, amma...


Gürcüstanda Əfqan Muxtarlıya dəstək aksiyası
Gürcüstanda Əfqan Muxtarlıya dəstək aksiyası

Bu il dünyada 49 jurnalist öldürülüb, 389 nəfər həbsdədir, 57-si girov götürülüb. Sərhədsiz Reportyorlar təşkilatı (RSF) dekabrın 17-də illik hesabatını açıqlayıb. Qurum jurnalistikanın təhlükəli peşə olaraq qaldığını, ancaq bu il son 16 ildə ən az jurnalistin öldürüldüyünü bildirir.

49 jurnalistin ölümü 2003-cü ildən bəri ən aşağı göstərici sayılır. Bu, ötən ildəkindən 44% azalma deməkdir. Son 20 ildə ilə ortalama 80 jurnalist qətlə yetirilirdi.

2019-cu ildə Suriya, Yəmən, Əfqanıstanda münaqişələri işıqlandıran jurnalistlər arasında ölüm halları iki dəfə azalıb, bu 3 ölkədə cəmi 17 jurnalist öldürülüb, ötən il bu rəqəm 34 idi.

Ancaq sülh şəraitində yaşayan ölkələrdə öldürülən jurnalistlərin sayı yuxarı həddə qalır. Məsələn, bu il Meksikada elə ötənilki qədər, 10 jurnalist öldürülüb. Latın Amerikasında ümumilikdə 14 jurnalist qətlə yetirilib və hazırda bu region jurnalistlər üçün Yaxın Şərq qədər təhlükəli sayılır.

Bu il qanunsuz həbs olunan jurnalistlərin sayı artıb. Ümumilikdə 389 jurnalist işilə əlaqədar həbsdədir və bu, ötən ildəkindən 12 faiz artıqdır. Bu jurnalistlərin təxminən yarısı Çində, Misirdə və Səudiyyə Ərəbistanında dəmir barmaqlıq arxasındadır.

“Dünyada qanunsuz həbs olunmuş jurnalistlərin üçdə biri uyğur azlığına təzyiqləri gücləndirən Çinin payına düşür”, – RSF bildirir.

Əfqan Muxtarlının səhhətindən danışılır

Qurum bəzi ölkələrdə həbsdə olan jurnalistlərin səhhətinin aşırı narahatlıq törətdiyini qeyd edir. Bu jurnalistlər sırasında Azərbaycanda araşdırmaçı jurnalist Əfqan Muxtarlının adı çəkilir. Onun diabetdən və yüksək qan təzyiqindən əziyyət çəkdiyi, özünə və vəkilinə münasibətə etiraz olaraq sentyabrda aclıq aksiyası keçirdiyi vurğulanır.

“Səhhətindən dolayı aclıq aksiyasını uzun müddət davam etdirə bilmədi və hal-hazırda da normal tibbi xidmətə çıxışı yoxdur”, – RSF bildirir.

Ədliyyə Nazirliyin Baş Tibb İdarəsi isə Əfqan Muxtarlının hər hansı ciddi xəstəlikdən əziyyət çəkmədiyini bildirir.

Ə.Muxtarlı 2017-ci ildə həbs edilib. O, sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və başqa əməldə günahlandırılaraq 6 il həbs cəzası alıb.

2014-cü ildə Gürcüstana mühacirət edən jurnalist ittihamları qəbul etmir. O, Tbilisidə saxlanarkən işgəncəyə məruz qaldığını, zorla sərhəddən keçirildiyini açıqlayıb.

Gürcüstanın hökumət orqanları isə Ə.Muxtarlının həbsi məsələlərində iştiraklarını təkzib ediblər.

Beynəlxalq təşkilatlar Azərbaycan hökumətindən onun azadlığını istəyirlər.

Azərbaycan hakimiyyəti isə ölkədə heç bir jurnalistin peşəsi ilə əlaqədar həbs olunmadığını, fərdlərin yalnız konkret cinayətlərə görə cəzalandırıldığını deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG