Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Aprel, bazar, Bakı vaxtı 10:56

Thunberg Madridə çatıb


Greta Thunberg Madriddə

İqlim fəalı Greta Thunberg dekabrın 6-da Madridə çatıb. O, minlərlə etirazçıya qoşularaq dünya liderlərindən iqlim dəyişikliyinə qarşı tədbir görməyi tələb edəcək.

İspaniyanın paytaxtında iki həftəlik danışıqlar BMT-nin təşkilatçılığı ilə keçirilir. Məqsəd karbon qazı emissiyaları üzrə qaydaları optimallaşdırmaq, varlı ölkələrin emissiyalarının vurduğu ziyana görə yoxsul ölkələrə kompensasiya ödənişlərini razılaşdırmaqdır.

Ekoloji təmiz nəqliyyat tərəfdarı olan Thunberg gecəni qatarla Portuqaliya paytaxtı Lissabondan Madridə gedib. Lissabona isə bu həftənin əvvəlində, Birləşmiş Ştatlardan Atlantik Okeanı ilə katamaranla keçərək gəlib.

Sammitin ilkin olaraq Çilidə keçiriləcəyi açıqlanmışdı, həmin ölkədə hökumətə qarşı etirazlara görə təxirə salındı.

Bu danışıqlar qlobal istiləşmənin törədə biləcəyi fəlakətlərə elmi dəlilin artdığı bir dönəmə təsadüf edir.

XS
SM
MD
LG