Keçid linkləri

2025, 18 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:21

OPEC razılaşma əldə edib, ancaq Rusiyanı gözləyir


OPEC-in Vyanadakı qərargahı
OPEC-in Vyanadakı qərargahı

Neft ixrac edən ölkələrin təşkilatı – OPEC qiymət artımını dəstəkləməkdən ötrü hasilatı azaltmaqla bağlı qeyri-rəsmi razılaşma əldə edib. Ancaq hələlik, rəsmi açıqlama verilməyib, çünki dekabrın 6-da Rusiya daxil, digər ölkələrlə görüş olmalıdır.

Neft ixracatçıları Vyanada görüşərək nefti hasilatını daha da azaltmağı götür-qoy ediblər. Öncəki razılaşma gündəlik hasilatı 1,2 milyon barrel azaltmağı nəzərdə tuturdu.

Tərəflər bu razılığa ötən ilin dekabrında gəlmiş, iyulda OPEC-in son toplantısında isə onun müddətini uzatmışdılar.

İranın Neft naziri Bijan Namdar Zangeneh dekabrın 5-də Avstriyanın paytaxtında görüşdən çıxarkən jurnalistlərə deyib ki, “Bəli, razılaşma əldə olundu”.

Əlavə 500 min barrel azaltmaq

Səudiyyənin Enerji naziri Abdulaziz bin Salman isə bildirib ki, sövdələşmə OPEC+ adlanan qrupun 10 üzvü ilə də razılaşdırılmalıdır, buraya Rusiya da daxildir. Görüş dekabrın 6-na planlaşdırılır.

Rusiyanın Enerji naziri Alexander Novak-ın dekabrın 5-də deməsinə görə, nazirlərin ilkin toplantısında 2020-ci ilin birinci rübündə hasilatın əlavə olaraq 500 min barrel kəsilməsi tövsiyə olunub.

OPEC-in son toplantısından üzü bəri neftin qiymətləri nisbətən sabit qalıb. Hazırda Brent neftinin barrelinin qiyməti 60 dollar civarındadır. Sentyabrda Səudiyyənin neft obyektlərinə hücumlardan sonra neftin qiymətində qısamüddətli sıçrayış qeydə alındı.

Bu qiymət Rusiyaya sərf edir, 2019-cu ilin büdcəsində neftin barrelinin qiyməti 42 dollar nəzərdə tutulub.

Ancaq Səudiyyə Ərəbistanı daxil digər ölkələr iqtisadiyyatı gücləndirməkdən ötrü daha yüksək qiymət istəyir.

XS
SM
MD
LG