Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 17:56

Neft sanksiyalarından Rusiya 1 milyard dollar qazanıb


Rusiyada neft ixracı terminalı
Rusiyada neft ixracı terminalı

ABŞ Prezidenti Donald Trump-ın İran və Venesuelaya sanksiyaları Rusiyanın xam neftinə tələbatı gücləndirib və bu ölkənin ixracatçılarının gəlirləri artıb. “Bloomberg” yazır ki, noyabr-iyul aylarında Rusiyanın neft şirkətləri azı 905 milyon dollar əlavə gəlir əldə ediblər.

OPEC və tərəfdaşlarının hasilatı azaltmaları fonunda sanksiyalar Rusiya xam neftinə tələbatı kəskin artırıb. Nəticədə Rusiyanın "Urals" markalı nefti premium "Brent" qiyməti ilə alınıb- satılmağa başlanıb.

“Hazırda rəqabətli daha ağır, hidrogen sulfidli neft qıtlığı yaranıb, çünki bir tərəfdən İran və Venesuelaya sanksiyalar qoyulub, digər tərəfdən OPEC+ hasilatı artırmamaq üzrə razılaşma əldə edib. “Urals” neftinə hazırda Aralıq regionunda tələbat yüksəkdir”, – JBC Energy-nin təhlilçisi Konstantsa Rangelova deyir.

Bloomberg hesablamaları terminal məlumatları, Rusiya limanlarında neft yükləmə proqramları və treyder monitorinqi olan S&P Global Platts-in informasiyasına əsasən aparıb.

ABŞ Venesuelaya sanksiyaları yanvarın sonunda elan edib, İrandan neft alan ölkələrə güzəştləri isə maydan qaldırıb. Bu, ağır, hidrogen sulfidli neft qıtlığı yaradıb. Sözügedən neft nisbətən aşağı keyfiyyətli sayılsa da, bəzi zavodlar məhz onun emalından ötrü tikilib və digər növlərə keçmək baha başa gəlir.

“Urals” nefti adətən Brent-dən ucuz satılıb. Son beş ildə bir barel Rusiya xam nefti Aralıq regionunda ortalama 1 dollar, Şimal-qərbi Avropada isə 1,63 dollar ucuz satılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG