Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 16:45

Merkel Osvensim ölüm düşərgəsinə ilk səfərini edəcək


Arxiv fotosu

Almaniyanın kansleri Angela Merkel ilk dəfə olaraq keçmiş Osvensim (Auschwitz) nasist ölüm düşərgəsindəki Holokost muzeyinə baş çəkəcək.

Merkel dekabrın 6-da, ərazini mühafizə edən Osvensim -Birkenau Fondunun 10 illiyi münasibətilə Osvensim düşərgəsinə gedəcək. Düşərgəyə bu adı 2-ci Dünya müharibəsi dönəmində Polşadakı almaniyalı işğalçılar verib.

Almaniya sözügedən fondun ən böyük donorudur.

Merkel Polşanın Baş naziri Mateusz Morawiecki ilə birlikdə Osvensim -Birkenau konsentrasiya düşərgəsinə baş çəkəcək.

Kansler düşərgədə çıxış edəcək.

Bu ölüm düşərgəsində çoxu yəhudilər olmaqla 1 milyondan çox adam öldürülüb. Sovet ordusu düşərgəni 1945-ci ildə azad edib.

Holokost zamanı nasistlər və onlarla əməkdaşlıq edənlər 6 milyon yəhudini qətlə yetirib.

XS
SM
MD
LG