Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 05:03

Rusiya bolqarıstanlı diplomata 24 saat vaxt verdi


Səfir Atanas Krastin

Rusiya bolqarıstanlı diplomatı ölkədən çıxardığını bildirir. Beş həftə qabaq isə Sofiya casusluq qalmaqalı səbəbindən rusiyalı müdafiə attaşesinə viza verməkdən imtina etmişdi.

Bolqarıstanın Moskvadakı səfiri Atanas Krastin-ə bildirilib ki, diplomat “qarşılılıq prinsipi” əsasında 24 saat ərzində Rusiyanı tərk etməlidir.

Bəyanatı Bolqarıstanın Xarici İşlər Nazirliyi dekabrın 5-də yayıb.

Rusiya mediası adını çəkmədiyi mənbələrə istinadla yazır ki, hökumət Bolqarıstan səfirliyinin rəsmisini “persona non qrata” elan edib.

Bolqarıstan oktyabrın 30-da Sofiyadakı Rusiya səfirliyinə göndərilən müdafiə attaşesinə uzunmüddətli viza verməkdən imtina etdiyini açıqlayıb. Bu açıqlamadan bir gün öncə daha bir rusiyalı diplomat casusluqda şübhəli bilinərək ölkədən çıxarılmışdı.

Bundan qabaq isə Bolqarıstanda prokurorlar keçmiş deputat, bu ölkədə rusiyapərəst lobbi qrupunun rəhbəri Nikolai Malinova ittihamlar irəli sürüb. O, çirkli pulyumada və dövlət sirlərini Rusiyada iki təşkilata ötürməkdə ittiham olunub. Həmin təşkilatların Kreml və Rusiya gizli xidmətləri ilə əlaqələri olduğu bildirilir.

İttihamları rədd edən Malinova noyabrın əvvəlində Moskvaya getməyə icazə verilib. Prezident Vladimir Putin onu “Dostluq” ordeni ilə təltif edib.

Sovet dönəmində Moskvanın sadiq müttəfiqi olmuş Bolqarıstan 2004-cü ildən NATO-nun, 2007-ci ildən Avropa Birliyinin üzvüdür.

XS
SM
MD
LG