Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:58

Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib


Maliyyə Bazarlarına Nəzarət Palatası

Noyabrın 28-də prezident İlham Əliyevin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ləğv edilib.

Dövlət başçısı bundan ötrü «Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarə edilməsinin təkmilləşdirilməsi haqqında» Sərəncam imzalayıb.

Sərəncama əsasən, onun vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Mərkəzi Bankına verilir.

Sənədə əsasən, Mərkəzi Bank bir aya qanunvericilikdə zəruri dəyişikliklərin edilməsi barədə təkliflərini hazırlayıb Prezidentə verməli və təhvil-təslim işlərinin həyata keçirilməsi üçün bütün zəruri tədbirləri görməlidir.

Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn başqa məsələləri həll etməlidir.

Xatırlatma

Maliyyə Bazarlarına Nəzarət Palatası Prezident İlham Əliyevin 2016-cı il fevralın 3-də imzaladığı fərmanla yaradılmışdı.

Həmin fərmanla Mərkəzi Bank yanındakı Maliyyə Monitorinqi Xidmətinin bütün funksiyaları Palataya keçmişdi.

2015-ciildə Azərbaycanda iki devalvasiya (fevral və dekabr aylarında) baş verib. Nəticədə manat ABŞ dolları qarşısında iki dəfə dəyər itirib. Bundan sonra ölkədə 10-dan çox bankın lisenziyası ləğv edilib. Bu onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG