Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:02

İraqdakı etirazlarda bir günə 13 nəfər öldürülüb


Bəsrə yaxınlığında nümayişçilər, 19 noyabr, 2019-cu il

Noyabrın 24-də İraqda hökumətə qarşı etirazlarda 13 nəfər öldürülüb.

Bir təhlükəsizlik rəsmisi bunu iğtişaşlar başlanandan “ən pis günlərdən biri” adlandırıb.

Ölkənin cənubundakı Bəsrə vilayətində 7, Nəsiriyyədə 4 nəfər həlak olub.

İraqın cənubunda toqquşmalarda azı 150 etirazçının yaralandığı xəbər verilir.

Ölkənin xam neft hasilatının 85 faizinin çıxarıldığı Bəsrədə etirazçılar əsas yolları bağlayıb, təkər şinləri yandırıb.

Oktyabrın 1-dən İraqda nümayişlər başlanandan azı 342 nəfər öldürülüb. Əsasən gənclər olmaqla minlərlə iraqlı küçələrə çıxaraq korrupsiyaya, dövlət xidmətlərinin zəifliyinə etiraz edirlər.

BMT və Birləşmiş Ştatlar daxil beynəlxalq ictimaiyyət dinc nümayişçilərə qarşı gücdən istifadəni pisləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG