Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 13:14

Rusiyada kollecdə atışmada 1 nəfər öldürülüb, 3-ü yaralanıb


Arxiv fotosu

Noyabrın 14-də Rusiyanın Amur regionunun paytaxtı Blaqoveşçenskdə tələbə kollecdə atəş açmağa başlayıb, bir tələbə ölüb, üç nəfər yaralanıb. Xəbəri TASS və regional media yayıb.

17, 19 və 20 yaşlarında olan yaralılar xəstəxanaya aparılıb, ikisi əməliyyat olunub.

Polis hadisə yerinə gələrək kolleci mühasirəyə alanda 19 yaşlı tələbə ikinci mərtəbədən onlara atəş açıb, polis atəşə cavab verib.

İlkin informasiyaya görə, tələbə qısa atışma zamanı özünü ov tüfəngi ilə güllələyib. Tüfəng onun adına qeydiyyatda imiş.

Yerli mediada yayılmış videoda bir tələbənin sinif otağında qarnı üstə qan gölməçəsinin içində uzandığı görünür.

Şahidlərin yerli mediada deməsinə görə, insident yerli vaxtla səhər saat 10-da baş verib, tələbə gecikdiyi üçün ona mühazirə zalını tərk etmək söylənib.

O, bundan sonra tələbələrə atəş açmağa başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG