Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Noyabr, Cümə, Bakı vaxtı 16:19

Keçmiş merin qətlində iki şübhəli saxlanıb


Sergei Lavryentyev

Rusiya polisi Sibirin Kemerovo regionunda iki nəfəri saxlayıb. Onlar Kiselyovsk şəhərinin oktyabrın 31-də meyiti tapılmış keçmiş merinin qətlində şübhəli bilinir.

İstintaq Komitəsinin noyabrın 5-də yaydığı məlumata görə, 49 və 35 yaşlarında olan şübhəlilər yaxınlıqdakı Byelovo şəhərinin sakinləridir. Onların kimliyi açıqlanmayıb.

59 yaşlı Sergei Lavryentyev 2003-2018-ci illərdə Kiselyovskun meri olub. Oktyabrın 31-də Lavryentyev-in cəsədi ilə yanaşı Byelovonun 45 yaşlı digər sakininin güllələnmiş meyiti də aşkarlanmışdı.

Komitə əsas versiya kimi silahlı qarətə cəhdin üzərində dayanıb.

Lavryentyev-in həyat yoldaşı müstəntiqlərə deyib ki, oktyabrın 31-də gecə arxa həyətdə fənərlə iki nəfərin gəzdiyini görüb, ərinə bunu xəbər verib. Lavryentyev ov tüfəngini götürərək həyətə düşüb, bundan sonra qadın bir neçə dəqiqə davam edən atəş səsləri eşidib.

Atışmadan sonra qadın evin qabağında ərinin və daha bir nəfərin meyitini görüb.

Yerli media bu hücumu Lavryentyevin biznes fəaliyyəti ilə əlaqələndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG