Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:22

Trump Sullivan-ın yerinə Biegun-un namizədliyini verəcək


Stephen Biegun

ABŞ Prezidenti Donald Trump ölkənin Şimali Koreya üzrə xüsusi elçisi Stephen Biegun-un namizədliyini dövlət katibinin müavini postuna verməyi planlaşdırır.

ABŞ rəsmisi oktyabrın 31-də deyib ki, hətta yeni vəzifədə belə Biegun Pxenyanla bağlı vəzifəsini icra edəcək.

O, Dövlət Departamentində ikinci vəzifəli şəxs kimi John Sullivan-ı əvəzləyəcək.

Sullivan Rusiyaya səfir postuna təyin oluna bilər, artıq namizədliyi irəli sürülüb.

56 yaşlı Biegun-ə partiyasından və xarici ölkə paytaxtlarından dəstək gəlib. Onun balanslı diplomatik və analitik bacarığı olduğu bildirilir.

Respublikaçı Biegun keçmiş Prezident George W. Bush administrasiyası dövründə Ağ evdə və Dövlət Departamentində aparıcı vəzifələrdə çalışıb.

O, 1992-1994-cü illərdə Rusiyada yaşayıb, ABŞ demokratiyasının təbliği ilə məşğul olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG