Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:59

Mərkəzi bank əməkdaşı 50 min dollara görə saxlanıb


Ukrayna Milli Bankı

Ukrayna mərkəzi bankının mütəxəssisi oktyabrın 29-da saxlanıb. Onun bir biznesmendən 50 min dollar rüşvət almağa çalışdığı, bunun əvəzində ona valyutadəyişmə məntəqəsi işlətmək üçün lisenziya vəd etdiyi iddia olunur.

Şübhəli Kiyevin mərkəzində Ukrayna Milli Bankının (NBU) binası qarşısında 40 min dollar nağd pul alarkən həbs olunub. Məlumatı Baş Prokurorluq Facebook-da yayıb.

Qalan 10 min dolların isə daimi lisenziya veriləndə ödəniləcəyi güman edilir. Bu iddia olunan cinayət dələduzluq kimi dəyərləndirilib, çünki şübhəlinin NBU-dakı işi ona lisenziya vermək səlahiyyəti vermir.

Lisenziya istəyən biznesmenin hazırkı icazəsinin müddəti dekabrın 1-də bitir, iyulda NBU onu yeniləməkdən imtina edib. Prokurorluqdan “Ukrayinska Pravda”ya deyiblər.

Bundan sonra həmin şəxs NBU işçisindən kömək istəyib.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG