Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Noyabr, bazar, Bakı vaxtı 18:35

Rusiya İŞİD liderinin ölümünə inanmır – Qərb mediası


Abu Bakr al-Baghdadi

Rusiyanın Müdafiə Nazirliyi ABŞ komandoslarının Suriyada xüsusi əməliyyatının reallığına və uğuruna inanmır. ABŞ Prezidenti Donald Trump oktyabrın 28-də bildirib ki, İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının lideri Abu Bakr al-Baghdadi öldürülüb.

“Bu ‘əməliyyat’da dolayısı ilə iştirak etdiyi bildirilən tərəflərin sayının artması, bir-birinə zidd detalların üzə çıxması onun reallığı, hətta uğuru haqda əsaslandırılmış suallar yaradır”, – ‘Interfax’ agentliyi nazirlik rəsmisi Igor Konashenkov-a istinadla yazır.

Konashenkov qeyd edib ki, müdafiə nazirliyinin rusiyalı hərbçilərin əməliyyatda əməkdaşlığına dair bilgisi yoxdur. Trump isə bazar günü bildirib ki, Rusiya hərbçiləri ABŞ vertolyotlarının onların nəzarətində olan ərazidə uçmasına icazə verib.

Nazirlik təmsilçisi əlavə edib ki, son vaxtlar ABŞ Hərbi Hava Qüvvələrinin hansısa raket zərbəsi qeydə alınmayıb. Onun sözlərinə görə, İŞİD liderinin “növbəti ölümü”nün Suriyadakı duruma hansısa operativ təsiri olmayacaq. Rusiyanın Müdafiə Nazirliyi ABŞ-dab al-Baghdadi-nin ölümünə dəlil tələb edib.

İŞİD liderinin ölümü nəyi dəyişə bilər

“Nə qədər ki Trump hakimiyyətdədir, Baghdadi-nin ölümü ilə dünya daha təhlükəsiz bir yerə çevrilməyəcək”. Bunu isə ‘The Independent’ qəzetində Sean O'Grady yazır.

Müəllif İŞİD liderinin vebdə birbaşa yayımlanan qətllərə şəxsən icazə verdiyini, dünyanın onsuz daha yaxşı bir yerə çevriləcəyini yazır.

“Ancaq bilirik ki, dünya onsuz daha təhlükəsiz olmayacaq. Onu ələ keçirərək məhkəmə qarşısına çıxarmaq daha yaxşı nəticə olardı… ali, sivil standartlarımızı sərgiləməklə dünyaya daha yaxşı örnək göstərərdik. İndi isə silahlı cihadçıların daha bir şəhidi var”, – yazan müəllif islamçıların Baghdadi-nin ölümüylə yoxa çıxmayacağını, yaxud təslim olmayacağını vurğulayır.

Müəllifin fikrincə, Trump Amerika qüvvələrini Suriyadan çıxarmaqla, Türkiyənin orada kürd qüvvələrə qarşı əməliyyatına yaşıl işıq yandırmaqla İŞİD-ə yeni imkanlar açmış olub. “İndi yüzlərlə təlim görmüş, qəddar İŞİD döyüşçüsü regionda başlı-başına buraxılıb, onlar ABŞ qüvvələri və müttəfiqlərinə harda tapsalar hücum edə, Avropanın içərilərində təzə terror kampaniyaları gerçəkləşdirə bilərlər.

Bu zaman sual yaranır ki, Amerika İŞİD-lə mübarizə aparır, yoxsa yox? İslamçı terror məğlub etmək istəyir, yoxsa yox? Lideri öldürüb onun əsgərlərini necə azad buraxmaq olar? Kürdlərə bu əməliyyatda köməyə görə təşəkkür edib onlara öz vətənlərində xəyanət etməyə nə ad verəsən?” – məqalədə deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG