Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 06:33

Argentinada ‘Putinin rəfiqəsi’ vitse-prezident olacaq


Alberto Fernandez və Cristina Fernandez de Kirchner qələbəni qeyd edir

Argentinada oktyabrın 27-də keçirilən prezident seçkisində müxalifətin namizədi – “Ümumi cəbhə” alyansının təmsilçisi Alberto Fernández qalib gəlib. Səssaymanın ilkin nəticələrinə görə, o, səslərin 48 faizini yığır. Ölkə qanunvericiliyinə görə, ilk turda qalib gəlmək üçün 45 faiz səs kifayətdir.

Fernández-in rəqibi, hazırkı prezident Mauricio Macri 40 faiz səs yığıb və məğlubiyyətini boynuna alıb.

Macri liberal iqtisadi siyasət yürüdürdü. Hələ avqustda ilkin səsvermədə onun rəqibi qalib gələndə bazarlar Fernández-in mümkün qələbəsinə milli valyutanın kəskin ucuzlaşması ilə reaksiya verib. Fernández vəd edib ki, Beynəlxalq Valyuta Fondu ilə münasibətləri korlamayacaq, aztəminatlıların durumun yaxşılaşması üçün mübarizə aparacaq.

Keçmiş prezident vitse-prezident olacaq

Seçkidə ən çox maraq doğuran keçmiş prezident Cristina Fernández de Kirchner-in hakimiyyətə qayıdışı olub. Onun dönəmində Fernández hökumətin başçısı idi. Macri-yə qədər Kirchner 8 il prezident postunda əyləşib. O indi vitse-prezident seçilib. Kirchner Rusiya Prezidenti Vladimir Putin-lə isti münasibətləri ilə tanınır.

Yeni prezident vəzifəsinin icrasına dekabrın 10-dan başlayır.

“The Guardian” qəzeti yazır ki, bu qələbə Macri administrasiyasının biznesyönlü iqtisadi siyasətinə son qoyur.

O, seçki kampaniyası dövründə “yoxsulluğu sıfıra endirmək” vədi verirdi. Ancaq ölkəyə uzuclaşan peso, illik 56%-lik inflyasiya miras qoyur. Yoxsulluq həddində yaşayanların sayı 29%-dən 35%-ə yüksəlib.

Qəzet qeyd edir ki, 2003-2007-ci illərdə Kirchner Argentina iqtisadiyyatını iqtisadi iflasdan qurtarıb. 2007-2015-ci illərdə prezident postunda olmuş Cristina Fernández vəzifədən gedəndə rüşvətxorluq, çirkli pulyuma, korrupsiya ittihamları ilə bir neçə məhkəmə işində adı çəkilirdi. Daha bir işdə iddia olunurdu ki, o, bir terror hadisəsində İranı əli olmasını ört-basdır etməyə çalışıb. Korrupsiya işlərindən bəziləri davam edir. Ancaq özü hansısa yanlışa yol vermədiyini deyir.

2000-ci illərdə Fernández hökumət başında olarkən davamlı iqtisadi artımla bağlı xatirələrin də onun seçki kampaniyasında rolu olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG