Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Trump İŞİD liderinin Suriyada öldürüldüyünü təsdiqləyib


Abu Bakr al-Baghdadi , arxiv foto
Abu Bakr al-Baghdadi , arxiv foto

ABŞ Prezidenti Donald Trump "İslam Dövləti" (İŞ) ekstremist qruplaşmasının lideri Abu Bakr al-Baghdadi-nin Suriyanın şimal-qərbində öldürüldüyünü bildirib.

O, bu barədə oktyabrın 27-də Ağ Evdəki canlı yayımlanan çıxışında deyib. Trump əməliyyatın ABŞ xüsusi qüvvələri tərəfindən keçirildiyi vurğulayıb.

Baghdadi-ni "qorxaq" və "uğursuz" adam adlandıran Trump deyib ki, dünyada ən çox axtarılan adam intihar kəmərini partlatmaqla intihar edib.

O, əməliyyat nəticəsində Bağdadinin çox sayda əsgərinin də öldürüldüyünü söyləyib.

Trump əməliyyata 8 vertolyotun cəlb olunduğunu və bu əməliyyata ABŞ hərbi-siyasi rəhbərliyinin birbaşa nəzarət etdiyini deyib. Onun sözlərinə görə, atışma zamanı evdən çıxan İŞİD lideri tunel vasitəsi gizlənməyə çalışıb və bu zaman ələ keçmə təhlükəsi səbəbindən özünü partladıb. Həmin vaxt onunla birlikdə olan yetkinlik yaşına çatmayan üç uşağı da ölüb. Trump Baghdadi-nin həyat yoldaşlarının da özlərini partlatmaları ilə intihar etdikləri barədə əvvəl yayılan məlumatlara toxunmayıb. O, Baghdadi-nin olduğu evdən 11 uşağın sağ olaraq təxliyyə olunduğunu, Amerika hərbçiləri arasında da itki olmadığını vurğulayıb.

ABŞ prezidenti Türkiyə, Rusiya, Suriya, İraq və suriyalı kürdlərə təşəkkür edib. Rusiyanın Amerika hərbçiləri üçün hava dəhlizi açdığını deyən prezident bildirib ki, ABŞ-ın tərəfdaşları əməliyyatın dəqiq məqsədlərindən xəbərsiz olublar.

Onun sözlərinə görə, Amerika kəşfiyyatı "İslam Dövləti" liderinin yeri haqqında iki həftə əvvəl məlumatları dəqiqləşdirib və əməliyyatlara hazırlaşıb.

***

ABŞ hərbçilərinin oktyabrın 27-si bazar gününə keçən gecə Suriyada keçirdiyi xüsusi əməliyyatda "İslan Dövləti" terror qruplaşmasının lideri Abu Bakr al-Baghdadi-nin öldürüldüyü bildirilir.

Reuters ABŞ və İraq xüsusi xidmət orqanlarındakı mənbələrə istinadla xəbər veirir ki, xüsusi əməliyyat Suriyanın İdlib əyalətində keçirilib. Hansı ki həmin ərazidə hələ də terror qruplaşmasının ocaqları qalmaqdadır. Bildirilir ki, Amerika xüsusi təyinatlıları Bağdadinin olduğu günam edilən Barisha kəndi-ndəki evə hücum ediblər. Newsweek ilk olaraq əməliyyat nəticəsində Bağdadinin öldürülməsi ehtimalı ilə bağlı məlumat yayıb. Amma hələki bu məlumat rəsmən təsdiqlənməyib.

Bu arada Ağ Evin sözçüsü Hogan Gidley oktyabrın 27-si günorta saatlarında prezident Donald Trump-ın xüsusi bəyanatla çıxış edəcəyini deyib. Trump özü isə bazar gününə keçən gecə tvitterdə "İndicə nə isə çox vacib bir şey oldu" yazıb.

Trump-ın twitti
Trump-ın twitti

Əvvəllər də Baghdadi-nin öldürlməsi ilə bağlı məlumatlar yayılıb, amma həmin məlumatlar sonradan təsdiqini tapmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG