Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:21

Çində Talibanla danışıqlar gözlənir


Əfqanıstan, arxiv fotosu

Taliban silahlı qruplaşmasının nümayəndə heyəti oktyabrın 28-də Çinə gedib. Orada Kabil hökumətinin aparıcı üzvləri ilə əfqandaxili sülh danışıqları keçirilməlidir. Məlumatı Avstraliyada mənzillənən “Foreign Brief” siyasi tədqiqatlar mərkəzi yayıb.

Danışıqlarda atəşkəs əldə olunması, Əfqanıstanda 18 ildir gedən müharibəni bitirməyin mümkünlüyü müzakirə olunmalıdır. Birləşmiş Ştatlarla Talibanın bir ilə yaxın apardığı paralel danışıqlar ötən ay dayandırıldı, ABŞ Prezidenti Donald Trump prosesi “ölü” adlandırdı.

“Çin əfqandaxili dialoqda iştirak üçün nümayəndə heyəti dəvət edib”, – Talibanın sözçüsü Suhail Shaheen daha öncə AzadAvropa/AzadlıqRadiosu-na demişdi.

Birləşmiş Ştatlarla yanaşı Çin, Pakistan və Rusiya da tərəfləri bir araya gətirməyə cəhdlər edib.

Oktyabrın 25-də ABŞ, Pakistan, Çin və Rusiyadan təmsilçilər Moskvada görüşüb. Görüşdə ABŞ-Taliban danışıqlarının bərpası da müzakirə olunub. Bu danışıqlardan öncə ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad Kabildə ölkə liderləri ilə görüşüb.

Pekin danışıqların aparılacağını təsdiqləməyib, ancaq Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Əfqanıstan sülh prosesini “tərəflərin hamısının arzularına sayqı əsasında” “asanlaşdırmağa və ona kömək göstərməyə hazırdır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG