Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 18:48

Ermənistanda dəmiryolçular tətil edir


Arxiv fotosu

Oktyabrın 22-də günortadan sonra Cənubi-Qafqaz Dəmiryolları idarəsinin Yerevan, Gümrü və Sanain depolarının əməkdaşları tətil elan edib. AzadlıqRadiosu-nun erməni xidməti hazırda ölkədə dəmiryollarının fəaliyyətinin iflic olduğunu, nə sərnişin, nə də sərnişin qatarlarının işlədiyini xəbər verir.

İşçilər əməkhaqlarında 30 faizlik artım tələb edirlər, idarə rəhbərliyi isə buna razı deyil.

11 ay öncə dəmiryolçular bu məsələni qaldıranda idarə həll yolunu tapmağı vəd etmişdi.

Tətilçilər deyirlər ki, mükafatlandırma sistemi tətbiq ediləndən onların maaşları azalıb. Onlar buna qarşı çıxır, mükafatların müxtəlif yollarla onlara verilmədiyini bildirirlər.

Problem şirkətin 3 minədək işçisini əhatələyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG