Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:23

Assanjın ekstradisiyasına fevralda baxılacaq


Londonda məhkəmə qarşısında nümayişçilər

WikiLeaks saytının təsisçisi Culian Assanjın (Julian Assange) ekstradisiyası üzrə məhkəmə fevralda başlanacaq. London məhkəməsinin hakimi müdafiə komandasının proseduru 3 ay ertələməklə bağlı vəsatətini təmin etməyib.

Assanj oktyabrın 21-də Londonda məhkəmə qarşısına çıxarılıb. O deyib ki, Birləşmiş Ştatlara ekstradisiyası işi üzrə hazırlaşmağa ona daha artıq zaman lazımdır. Assanj ABŞ-da hökumət kompüterlərinə haker hücumu planlaşdırmaqda, casusluq qanununu pozmaqda ittiham olunur.

48 yaşlı avstraliyalı və onun vəkilləri hakim Vanessa Baraitseri inandıra bilməyib. Assanj deyib ki, iş “ədalətlilik hüququna əsaslanmayıb”.

Assanj deyir ki, ABŞ hökumətinin “resursları hüdudsuzdur”, onun isə vəkillərinə, yaxud ekstradisiyası ilə mübarizədə gərəkən sənədlərə çıxışı asan başa gəlmir.

Böyük Britaniyanın keçmiş daxili işlər naziri Sajid Javid iyunda onun ekstradisiyasına dair sərəncam imzalayıb.

ABŞ hakimiyyəti bildirir ki, Assanj keçmiş hərbi kəşfiyyat analitik Çelsi Menninq (Chelsea Manning) ilə birlikdə hökumətin məxfi kompüterinin parolunu qırmağın sxemini hazırlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG