Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Fransızsa çıxan erməni jurnalı Paris ofisində oğurluq olduğunu deyir


Ermənistanda Fransa ilə münasibətlərə həsr olunmuş sərgi, arxiv fotosu
Ermənistanda Fransa ilə münasibətlərə həsr olunmuş sərgi, arxiv fotosu

Fransız dilində çıxan “Nouvelles d'Armenie” jurnalı naməlum adamların Parisdəki ofisinə girdiyini, üç kompyuterin və bir kameranın oğurlandığını bildirir. Bu, jurnalın sonuncu nömrəsi çapa getməzdən öncə baş verib.

“Nouvelles d'Armenie” oktyabrın 20-dö vebsaytında bildirib ki, oğurluq ötən gecə baş verib.

“Xüsusi bazar dəyəri olmayan kompyuterlərdə növbəti nömrənin materialları və həssas informasiya (ünvan faylları, yazılmaq üçün nəzərdə tutulmayan müsahibələr və s.) vardı. Ofisin qapısı sındırılıb”, – dərgi bildirib.

Ermənistanın Fransadakı səfirliyi “bu rəzil hücumu” pisləyib, onu “söz azadlığının pozulması” adlandırıb.

“Nouvelles d'Armenie” bildirir ki, redaksiya heyəti “Dağlıq Qarabağ münaqişəsi, erməni soyqırımının inkarının kriminallaşdırılması, Suriyanın şimalındakı kürdlərin Türkiyədən müdafiəsi kimi məsələləri işıqlandırmağa çalışır”.

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-nin Azərbaycan SSR-ə ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunub. Hərbi əməliyyatlar 1994-cü ilin mayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur.

Türkiyə Suriyanın şimalını kürd silahlılarda təmizləmək, orada bufer zona yaradaraq suriyalı qaçqınların bir hissəsini yerləşdirmək istədiyini deyir. Ankara həmin kürd silahlıları “terrorçular” sayır. Ötən həftə ABŞ Türkiyəylə beşgünlük atəşkəs elan olunduğunu bildirir.

Ermənistan I Dünya Müharibəsi illərində Osmanlı Türkiyəsində 1,5 milyon erməninin qətlə yetirildiyini bildirir. Türkiyə isə 1915-ci ildəki qırğınların əvvəlcədən planlaşdırılmış aksiya olmadığını, itkilərin sayının qat-qat az olduğunu və soyqırımı olmadığını deyir. İndiyədək Almaniya da daxil 22 ölkə erməni qırğınlarını soyqırımı kimi tanıyıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG