Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:48

Qarabağ serialı Amerikanın erməni icmasını qəzəbləndirib – Qərb mediası


Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda hərbi təlimlər, arxiv fotosu

Oktyabrın 16-da axşam saat 7-də, yəni praym-taym vaxtı ABŞ-ın CBS televiziyasında yayımlanan teleserial erməni icmasının narazılığa səbəb olub. Teleserialdan bir fraqmentdə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsindən söz açılır.

ABŞ-dakl erməni icmasının “Massis Post” qəzeti CBS-in Azərbaycan təbliğatını yaydığını bildirir və belə bir təbliğatı geniş auditoriyaya yayımlanmasının səbəbini öyrənməkdəın ötrü telekanala müraciət etdiyini bildirir.

Amerikanın Erməni Şurası (ACA) epizodun yayılmasına görə CBS-ə etirazını bildirib.

Epizodun təsvirində yazılıb ki, “Cəsur Komanda Azərbaycana missiyaya gedib, ərazidə siyasi sabitsizliyin qarşısını almaqdan ötrü enerji zavoduna nəzarətin ələ alınmasına kömək edir”.

Fraqmentdə Azərbaycan ABŞ-ın regionda demokratik müttəfiqi kimi təqdim olunur. Qəzet bunun faktiki baxımdan doğru olmadığını, neqativ presedent yaratdığını yazır. Məqalədə deyilir ki, “digər diktaturalar da bu yolla Amerika mediasında təbliğatlarını yaya bilərlər”.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti ölkədə demokratik azadlıqların boğulmasına dair beynəlxalq tənqidləri rədd edir, bütün təməl hüquq və azadlıqların təmin olunduğunu bildirir. Qərbin insan haqları təşkilatlarının səsləndirdikləri tənqid və iradlar isə bəzi hallarda onların “ermənipərəst” olması kimi yozulur.

Məqalə müəllifləri Ermənistanı ABŞ-ın “demokratik və dinc müttəfiqi” adlandıraraq onun adının epizodda “düşmən” kimi çəkilməsinə etiraz edir, serialın bədii xarakterlərə və bədii süjetə söykənməsinə baxmayaraq, iki ölkə arasındakı onsuz da ədavətli vəziyyətdə təhlükəli səhifə açdığını qeyd edirlər.

Qarabağ münaqişəsi 1988-ci ildən Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.

CBS-də yayımlanan “SEAL Team” hərbi dramdır, ABŞ Qüvvələrinin “Navy SEALs” elit bölməsinin peşəkar və şəxsi həyatına həsr olunub. “Navy SEALs kəşfiyyat, xüsusi riskli əməliyyatlar aparmaq üçün qurulub. Navy SEALs hərfən “Donanma Suitiləri” deməkdir. SEALs – abreviatura kimi dəniz, hava, quru sözlərinin ingiliscə baş hərflərindən ibarətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG