Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 19:27

Polşada seçkini hakim PiS udur


PiS tərəfdarları

Polşanın hakim millətçi Hüquq və Ədalət (PiS) partiyası oktyabrın 13-də keçirilmiş parlament seçkisində 44 faiz səs yığıb. Artıq bülletenlərin 99 faizi sayılıb.

Mərkəzçi Mülki Koalisiya (KO) 27 faiz səs yığıb. Bu koalisiyanın seçiciləri əsasən şəhər sakinləri, PiS-in siyasətindən narazılardır.

Koalisiyadan sonra solçu Sol alyansı 12,5 faiz səslə gəlir. Aqrar PSL və antisistem Kukiz'15 bloku 8,6 faiz səs yığıb. Yeni ifrat sağçı Konfederasiya partiyasının isə 6,8 faiz səs topladığı bildirilir.

***

Ekzit poll nəticələrinə görə, Polşada oktyabrın 13-də keçirilən parlament seçkisində sağ-qanad, populist hakim Hüquq və Ədalət (PiS) partiyası qalib gəlib.

Ipsos araşdırma firmasının keçirdiyi ekzit-poll göstərir ki, PiS səslərin 43,6 faizini yığıb. 4 il öncə partiya 37,6 faiz səs toplamışdı.

AB Şurasının vəzifədən getməkdə olan prezidenti Donald Tusk-un dəstəklədiyi mərkəzçi AB-pərəst Mülki Koalisiyanın səslərin 27,4 faizini yığdığı görünür. Koalisiyanın ən böyük partiyası müxalifətdə olan Vətəndaş Platforması partiyasıdır. Bu partiya 2007-2015-ci illərdə Polşanı idarə edib.

Yeni ifrat-sağçı partiya olan Konfederasiya 6,4, PSL farmers/Kukiz 15 alyansı 9,6 faiz səs yığıb.

Jaroslaw Kaczynski-nin rəhbərlik etdiyi PiS seçkini ənənəvi katolik dəyərlərinə söykənən cəmiyyətlə ailə dəyərlərini zərbə altında qoyan liberal düzən arasında seçim kimi təqdim edirdi. PiS gey və lezbianları da hədəfə alır, onları bir təhdid kimi qələmə verirdi.

Opponentlər isə PiS-in Polşa demokratiyasına təhdid yaratdığını, məhkəmə və medianın müstəqilliyinə zərbə vurduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG