Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 10:21

1 milyarddan çox adam gözünü müalicə elətdirə bilmir


Göz müayinəsi

Dünyada 1 milyarddan çox adamın görmə problemi aradan qaldırıla bilər, ancaq gərəkən müalicəni ala bilmirlər. Bu problemlər isə yaxından və uzaqdan görmə, qlaukoma və katarakta ilə əlaqədardır. Ümumdünya Səhiyyə Təşkilatı oktyabrın 10-da Beynəlxalq Görmə Günündə bu sahədə ilk hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, əhalinin yaşlaşması, həyat tərzinin dəyişməsi, özəlliklə aşağı və ortagəlirli ölkələrdə göz müalicəsinə məhdud çıxış dünyada görmə problemi olanların sayını artırır.

“Göz problemləri geniş yayılıb və çox zaman müalicə olunmur. Göz müalicəsinə ehtiyacı olanlar maliyyə çətinliyi olmadan keyfiyyətli müalicə ala bilməlidirlər. Göz müalicəsinin dövlət səhiyyə planlarına salınması... hər bir ölkənin universal səhiyyə sisteminə doğru inkişafının vacib hissəsidir”, – ÜST-nin Baş direktoru Dr Tedros Adhanom Ghebreyesus deyib.

“65 milyon adam görmə əngəllidir, yaxud görmə zəifliyi var, baxmayaraq ki, onların görməsi bir gecəyə katarakta əməliyyatı ilə düzələrdi. 800 milyon çox adam gündəlik həyatda çətinlik çəkir, çünki bir cüt eynəyi yoxdur. Bütün bunlar qəbuledilməzdir”, – Dr. Tedros deyib.

Dünyada azı 2,2 milyard nəfər görmə qüsurlu, yaxud əngəllidir. Onlardan azı 1 milyard nəfərinin görmə problemi indi də aradan qaldırıla bilər, bundan ötrü 14,3 milyard ABŞ dolları lazımdır, hesabatda deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG