Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:30

İran ‘düzgün istiqamətdə addımlayır’


Cornel Feruta

İran nüvə proqramıyla bağlı suallarla əlaqədar “düzgün istiqamətdə addım” atıb, ancaq məsələlər “tamamilə əhatələnməyib”. Bunu BMT-nin nüvə agentliyi bildirir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri vəzifəsini icra edən Cornel Feruta deyib ki, son bir neçə həftədə İran agentliyə nüvə təhlükəsizliyi təhdbirlərinin bəyan edilməsinə dair suallarla bağlı “əməkdaşlıq” edib.

BAEA ötən ay Tehrana bildirib ki, İranın nüvə təhlükəsizliyi tədbirlərinin bəyan edilməsi sarıdan narahatlıqların həllində “zaman vacibdir”.

Agentlik narahatlıqların detallarını açıqlamasa da, diplomatlar deyiblər ki, qurum Tehrandan bu ilin əvvəlində paytaxt Tehran yaxınlığındakı anbardan götürdüyü nümunələrlə bağlı informasiya gözləyir.

Ərazidən götürülmüş ətraf mühit nümunələrində uran hissəcikləri tapılmışdı. İsrailin Baş naziri Benjamin Netanyahu isə İranı həmin ərazidə bəyan edilməmiş nüvə fəaliyyəti ilə məşğul olmaqda suçlayır.

İran ittihamı rədd edir, ərazidə xalçatəmizləmə obyektinin yerləşdiyini bildirir.

Feruta Vyanada jurnalistlərə deyib ki, son həftələr İranın müxtəlif aparıcı rəsmiləri ilə görüşlərdə proqres əldə olunub.

“Bu, davam edən prosesdir… Bunun nəylə bitəcəyini deyə bilmərəm. Əməkdaşlıq məsələlərin tamamilə əhatələnməsi demək deyil, ancaq bu, doğru istiqamətə addımdır”, – o vurğulayıb.

Feruta onu da əlavə edib ki, BAEA-nın sualları birbaşa 2015-ci il nüvə sazişinə aid deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG