Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

Britaniya tankeri İrandan çıxır


Stena Impero

Britaniya bayrağıyla üzən Stena Impero neft tankerinin İranın Bender Abbas limanından tərpənməsini tankerin isveçli sahibi də təsdiqləyib. Stena Bulk şirkətinin rəhbəri Erik Hanell bəyanatında deyib ki, “tanker Bender Abbas limanından çıxıb və tranzit üçün Dubaya gedir, heyət orada tibbi müayinədən keçəcək”.

Heyət üzvlərinin ailələrinə xəbər verildiyi, şirkətin dənizçilərin mümkün qədər tez repatriasiyası üçün gərəkən işləri gördüyü bildirilir.

İranın dəniz və liman idarəsi də tankerin İrandan çıxdığını sentyabrın 27-də təsdiqləyib.

***

Gəmilərin hərəkətini izləyən şirkət Britaniya bayrağıyla üzən neft tankerinin İranın Bender Abbas limanından çıxdığını bildirir. Tanker heyəti ilə birlikdə iyulda saxlanmışdı.

Refinitiv şirkətinin sentyabrın 27-də səhər bildirməsinə görə, Stena Impero limandan çıxan kimi “Port Rashid”ə istiqamətlənib. Port Rashid Birləşmiş Ərəb Əmirliklərində, Dubayda kommersiya limanıdır.

Ancaq gəminin İrandan çıxmasına dair rəsmi informasiya gəlməyib.

İyulun 21-də saxlananda gəmi Səudiyyənin Cubail limanına gedirdi.

İran hakimiyyəti Stena Impero və heyətinin beynəlxalq gəmiçilik qaydalarını pozduğunu bildirir. Stena Impero isə ittihamları rədd edir.

Bundan iki həftə öncə isə Britaniya qüvvələri Cəbbərültariqdə İranın neft tankerini saxlamışdı. Həmin tanker sonradan buraxıldı.

Günün bütün mövzuları

XS
SM
MD
LG