Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:27

Türkmənistan hökuməti universitetlərə xəbərçilər yerləşdirir


Türkmənistanda tələbələr
Türkmənistanda tələbələr

Türkmənistanın təhlükəsizlik xidməti universitet tələbələri arasında “informator” şəbəkəsini genişləndirir. Məqsəd hökuməti tənqid edənlərə, qadağan olunmuş vebsaytlara proksilərlə girənlərə göz qoymaqdır.

“Tələbə-casuslar”la bağlı məlumatı AzadlıqRadiosu (RFE/RL) müxbirlərinə anonimlik şərtilə danışan tələbələr və professorlar verib.

5,5 milyon əhalisi olan Türkmənistanda dövlətə azacıq müxalif yanaşma belə cəzalandırılır.

Mənbələrin iddiasına görə, Milli Təhlükəsizlik Nazirliyinin kuratorları Türkmənistanda hər bir universitetə yerləşdirilib. Məlumata görə, müxtəlif işlərdə çalışan bu kuratorlar bütün siniflərdə öz tələbə yoldaşlarına göz qoymaqdan ötrü xəbərçilər yığırlar.

Bu qeyri-rəsmi tələbə-casusların işi hökumətin siyasətini tənqid edən tələbələr barədə informasiya yığmaq, onların məktəbdən kənar fəaliyyətini monitorinq etməkdir.

Xəbərçilər nəyi öyrənməyə çalışırlar

İddialara görə, xəbərçilər tələbə yoldaşlarını müxtəlif mövzularda söhbətə çəkir, onların siyasi, sosial, dini mövzularda mövqeyini öyrənməyə çalışırlar. Sonradan bu informatorların hakimiyyətə məlumat ötürdüyü iddia olunur.

Mənbələr deyirlər ki, xəbərçilər dostlarının mobil telefonlarını da yoxlayır, onların mesajlarını oxumağa çalışır, fotolarına baxırlar. Özəlliklə WhatsApp və Telegram istifadəçilərinə diqqət ayrılır.

Hökumətin blokladığı saytlara VPN-lə girən tələbələr də ayrıca müəyyənləşdirilir.

Casusluq edənlərə gələcəkdə hökumətdə iş vəd olunur, mənbələr belə deyir.

Avtoritar prezident Gurbanguly Berdymukhammedov-un hakimiyyəti altında Türkmənistanda işsizlik geniş yayılıb.

Tələbələrdən başqa universitet professorlarının da casusluq fəaliyyətinə cəlb olunduğu, əks halda işdən çıxarıldığı bildirilir.

Təhlükəsizlik xidmətlərinin nə qədər tələbə və professoru casusluğa cəlb etdiyi bəlli deyil. Ancaq smart telefonlar İnternetə çıxışı asanlaşdırdığından belə informatorların sayının artdığı vurğulanır.

AzadlıqRadiosu-nun müxbiri Farangis Najibullah yazır ki, təhlükəsizlik xidmətləri xaricdəki türkmən tələbələri də hədəfə alır. Ötən il radioya danışan tələbələr deyirdilər ki, hər dəfə yay tətilində evlərinə gedəndə hakimiyyət onları söhbətə çağırıb.

Türkmənistan dünyada ən repressiv ölkələrdən sayılır, çox vaxt Şimali Koreya ilə müzakirə olunur. Bu ölkədə müstəqil media orqanı yoxdur, fərqli fikir susdurulur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG