Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 15:32

Adamları bankomatların qabağında dayandıqları üçün saxlayırlar


Türkmənistanda bankomat növbəsi
Türkmənistanda bankomat növbəsi

Türkmənistanın şərqindəki Lebap regionunda polis ATM-lərin qabağında uzun növbə tutaraq pullarını almağa çalışanları saxlayır.

AzadlıqRadiosu-nun regiondakı müxbirləri xəbər verirlər ki, saxlananlara ATM-lər qarşısında növbəyə dayanmamaq göstərişi verib buraxırlar.

Yerli dövlət şirkətləri, digər qurumlar da öz işçilərinə bankomatlar qarşısında növbə tutmamağı tapşırırlar.

Prezident Gurbanguly Berdymukhammedov avqustun 19-da ATM-lər qarşısında növbədə dayananları tənqid edib, Mərkəzi Bank rəhbəri Merdan Annadurdyev-i “ATM-lərin işinə zəif nəzarət etdiyinə görə” tənbeh edib. Polis reydləri də bu sözlərdən sonra başlanıb.

Türkmənistanda bütün təqaüdlər, maaşlar, tələbə stipendiyaları ancaq bank kartları ilə alınır.

Ölkə vətəndaşları gün ərzində kartlarından yalnız 200 manat (57 dollar) çıxara bilərlər. Onlar nağd pulu almaqdan ötrü gecələri ATM-lər qarşısında növbə tuturlar.

Lebap regionunun bəzi sakinləri pullarını paytaxt Aşqabadda əldə etmək üçün qara bazar xidmətlərindən istifadə edirlər. Paytaxtda daha çox bankomat var. Ancaq vasitəçilər bank kartlarından pul çıxarmaq üçün 10 faiz zəhməthaqqı alırlar.

Türkmənistan iqtisadiyyatına hökumət sərt nəzarət edir, problemlər isə hökumətin gəlirlərinin azalmasından qaynaqlanır. Enerji razılaşmaları uğurlu olmayıb, Türkmənistandan ixracatın əsasını təşkil edən təbii qazın qiyməti isə düşür.

Aylardır mağazalarda ərzaq qıtlığı var, hökumət qaz, su, elektrikə ayırdığı subsidiyaları azaldıb, yaxud ləğv edib.

Hökumətin tənqidçiləri və insan haqları qrupları Prezident Berdymukhammedov-un narazıları susdurduğunu deyir. O, avtokrat lider Saparmurat Niyazov 2006-cı ildə dünyasını dəyişəndən sonra hakimiyyətə gəlib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG