Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:39

Türkmənistanda əhaliyə kommunal borcları belə ödətdirirlər


Türkmənistanda bankomatlar qarşısında növbə yaranıb
Türkmənistanda bankomatlar qarşısında növbə yaranıb

Türkmənistan hakimiyyəti borcluları aşkarlayaraq onlara kommunal xidmətləri müxtəlif yollarla ödətdirir. Belə ki, dövlət qulluqçuları yalnız qaz, işıq və supulu borcu olmamasına dair arayış təqdim edəndən sonra əməkhaqqı ala bilir.

AzadlıqRadiosu-nun türkmən xidmətinin məlumatına görə, borcu olan dövlət qulluqçuları iyul-avqust aylarının maaşını ala bilməyəcəklər. Borcun olmamasına dair arayışın alınmasına isə azı bir ay gedir.

Hazırda elektrik enerjisi müəssisələrində böyük növbələr yaranıb, bəzilərində minədək adam var. Radio Azatlık xəbər verir ki, arayış almaqdan ötrü təkcə işıqpulunu deyil, əlavə 50 manat rüşvət vermək də lazım gəlir.

Bundan öncə bir neçə yerli təşkilatın rəhbərliyi öz hərəkətlərini prokurorluğun tələbləri ilə izah ediblər.

Bu ilin aprelində Aşqabaddakı bəzi dövlət qurumları, özəlliklə su idarəsi supulu yığılanadaək işçilərin əməkhaqqısını ödəməmişdi.

Türkmənabad şəhərində ictimai nəqliyyatda borca görə işıqların kəsiləcəyi xəbərdarlığı peyda olub. İndiyədək belə xəbərdarlıq mətbuatda dərc olunurdu.

Daşoğuz rayonunda məktəblər daxil büdcə təşkilatlarının əməkdaşlarından tələb edirlər ki, kommunal xidmətlər üçün qabaqcadan ödəniş etsinlər. Tələb edirlər ki, elektrik, su və qazın pulunun ödənməsi haqda arayış gətirsinlər, sonra isə kommunal xidmətlərə görə bir neçə ayın pulunu qabaqcadan versinlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG