Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:54

İŞİD, al-Qaeda Facebook-da necə kök salıb


Arxiv fotosu
Arxiv fotosu

Facebook sosial şəbəkəsi ekstremist mesajlarla yetərincə mübarizə aparmadığına görə tənqid olunur. Şirkətsə bildirir ki, avtomatlaşdırılmış sistemləri İslam Dövləti (İŞİD) və al-Qaeda qruplaşmalarını təbliğ edən kontenti silir.

“The Associated Press” agentliyi şirkətin içindən informasiya sızdıran bir nəfərin şikayətini əldə edib. İddia olunur ki, Faceook bilməyərəkdən bu iki cihadçı qrupu adlarına onlarla səhifə açmağa imkan verən xüsusi şəbəkələşmə alətilə təmin edib.

Agentlik təxminən dörd ay öncə üzə çıxarmışdı ki, Facebook-un şirkətlərin avtomatik yaratdığı səhifələrdən Yaxın Şərqdəki ekstremistlər, Birləşmiş Ştatlarda ağdərili irqçilər istifadə edirlər. Agentlik ötən müddət ərzində sosial şəbəkənin bu məsələ üzrə böyük irəliləyişə nail olmadığını yazır.

Səhifələr necə yaranır

Çərşənbə günü ABŞ Senatının Kommersiya, Elm və Nəqliyyat Komitəsində sosial media şirkətlərinin təmsilçiləri dindirilməliydi. Facebook-da ekstremist mesajlarla mübarizənin başına duran Monika Bickert də dinləməyə qatılmalıydı.

“AP” bu həftə ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyasına təqdim olunacaq şikayəti əldə edib. Şikayətdə deyilir ki, 200-dək səhifə birbaşa İslam Dövləti qruplaşması, al-Qaedanın qanadlarına aiddir. Bu səhifələr ilkin olaraq şirkətlər, məktəblər, digər kateqoriyalar üçün nəzərdə tutulub.

“Siyasi ideologiya” kateqoriyasına düşən bir səhifənin başlığı belədir: “Mən İslam Dövlətini sevirəm”. Bu səhifədə Facebook-un məşhur “Like” işarəsinin içində İD-in loqosu yerləşdirilir.

Facebook-un sözçüsü agentliyə deyib ki, sosial şəbəkənin prioriteti təhlükəli fərdlərə və qurumlara qarşı siyasəti pozanların kontentini aşkarlayıb pozmaqdır. “Avto-səhifələr normal Facebook səhifələri kimi deyil, adamlar onlarda şərh yaza, yaxud post yerləşdirə bilmirlər və biz siyasətimizi pozanları silirik. Hər kəsi tuta bilməsək də, bu işi davam etdiririk”, – o əlavə edib.

XS
SM
MD
LG