Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

İsraildə daha bir seçki çıxmazı


Benjamin Netanyahu səs verir
Benjamin Netanyahu səs verir

Sentyabrın 18-də İsraildə seçkidən sonra daha bir çıxılmaz durumun yaranacağı görünür. Ekzit-pol nəticələri iki əsas siyasi partiyanın parlamentdə təxminən eyni sayda yer qazandığı görünür.

Baş nazir Benjamin Netanyahu-nun 30-33, Benny Gantz-ın Mavi və Ağ partiyasının isə 32-34 yer qazanacağı bildirilir. Bu, Knessetdə çoxluğu əldə etmək üçün gərəkən 61 yerdən çox azdır.

Avigdor Lieberman milli birlik hökuməti yaratmaq üçün təkid edəcəyini bildirsə də, Gantz Netanyahu ilə hər hansı əməkdaşlığı istisna edib.
Rəsmi nəticələr bu gün axşama gözlənir.

***

Netanyahu seçkidə az fərqlə öndədir

İsraildə növbədənkənar parlament seçkisində bülletenlərin 25 faizindən çoxu sayılıb, “Times of Israel” qəzeti sentyabrın 18-də səhər bu haqda məlumat yayıb.

Baş nazir Benjamin Netanyahu-nun sağ-qanad Likud partiyası 28,4 faizlə öndədir.

Keçmiş ordu rəhbəri Benny Gantz-ın mərkəzçi Mavi və Ağ partiyası isə 25,4 faiz səs yığıb.

Bir gün öncə açıqlanmış ekzit-pollar bu iki partiyanın yaxın nəticələr göstərəcəyini ortaya qoyub.

Netanyahu beşinci müddətə hakimiyyətdə qalmaq istədiyindən İsrail bu il ikinci dəfə seçkiyə getməli oldu.

Aprel seçkisindən sonra Likud və Mavi və Ağ 120 yerlik Knessetdə hərəyə 35 yer qazanmışdılar və Netanyahu hakim koalisiyanı formalaşdıra bilmədiyindən təkrar seçki çağırdı.

Milli birlik hökuməti qurmaq

İfrat sağçı Yisrael Beitenu partiyasının lideri Avigdor Liberman deyib ki, yeganə yol milli birlik hökuməti qurmaqdır.

“Bircə yolumuz qalır – Yisrael Beitenu, Likud, Mavi və Ağ partiyalarından ibarət geniş, sağ-qanad liberal milli birlik hökuməti qurmaq”, – o deyib.

Knessetə seçki proporsional sistem üzrə keçirilir və partiyalar parlamentə düşməkdən ötrü azı 3,25 faiz səs yığmalıdılar. Hakim çoxluğu əldə etməkdən ötrü isə parlamentdə 61 yeri əldə etmək gərəkir. Əks halda hakim koalisiya qurulması, bundan sonra hökumət və baş nazir seçilməlidir.

İsrail tarixində ən uzunmüddətli baş nazir olmuş Netanyahu-nun mövqeyi rüşvətxorluq, dələduzluq, etibarın pozulması ittihamlarından dolayı zəifləyib.

Seçki gecəsi Netanyahu deyib ki, ərəb partiyalarının olmadığı yeni “sionist” hökuməti formalaşdıracaq. Ancaq o, seçkidə qalib gəldiyini elan etməyib.

Seçki kampaniyası dövründə Netanyahu sağ-qanad seçicilərə ünvanlı vədlər verib, ötən həftə deyib ki, seçilərsə, İordan vadisində “İsrailin suverenliyini tətbiq edəcək”.

Bu vəd İordan çayının qərb sahilinin üçdə birinin ilhaqı deməkdir. Fələstinlilər bu ərazini gələcək dövlətlərinin bir hissəsi hesab edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG