Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:40

Neft bahalanır – Qərb mediası


Səudiyyəli investor, arxiv fotosu
Səudiyyəli investor, arxiv fotosu

Bu gün – sentyabrın 16-da neftin qiymətində 1991-ci ilin Körfəz Müharibəsindən bəri ən böyük günlük yüksəliş baş verib. Səbəb ötən şənbə günü Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum nəticəsində qlobal təchizatın 5 faizinin kəsilməsidir.

Brent neftinin bareli 19,5 faiz bahalanaraq 71, 95 dollara çatıb. Qərbi Texas neftinin bareli isə 15,5 faiz yüksələrək 63,34 dollara bərabərləşib.

"Günlər deyil, həftələr" çəkə bilər

Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft ixracatçısıdır. Sentyabrın 14-də Saudi Aramco dövlət şirkətinin Abqaiq və Xuraisdə neft emalı obyektlərinə hücum hasilatı günə 5,7 milyon barrel azaldıb. Şirkət tam hasilatın nə vaxt bərpa olunacağının qrafikini açıqlamayıb.

Məsələdən xəbərdar mənbənin “Reuters” agentliyinə bildirməsinə görə, tam neft hasilatının bərpası “günlər deyil, həftələr” çəkə bilər.

“Reuters” daha bir mənbəyə istinadla yazır ki, Səudiyyə Ərəbistanı bu həftə neft ixracını normal səviyyədə davam etdirəcək.

“Fikrimizcə, bu hücumlar sərmayəçilər üçün oyanış zəngi olmalıdır, onlar xam neft üçün risk qiymətini nəzərdə tutmayıblar. Yaxın gələcəkdə qlobal təchizat azala bilər, ancaq Birləşmiş Ştatlar bu azalmanı kompensasiya edə bilər”, – Sidneydəki “Frame Funds” şirkətinin direktoru Hue Frame deyib.

““Ötən həftəsonu baş verənlər xam neftin ədalətli qiymətinin müəyyən edilməsində ənənəvi tələb və təklif amili ilə yanaşı, bazar iştirakçıları üçün əlavə faktora çevriləcək”, – o, sözlərinə əlavə edib.

ABŞ Prezidenti Donald Trump deyib ki, gərəkərsə, ABŞ-ın Strateji Neft Ehtiyatından müəyyən miqdar neft istifadəsini təsdiqləyib.

Saudi Aramco-nun neft obyektinə dron hücumu
Saudi Aramco-nun neft obyektinə dron hücumu

Cənubi Koreya da ehtiyatlarına əl atacaq

Cənubi Koreya da bazar ertəsi bildirib ki, xam neft idxalı ətrafında durum pisləşərsə, strateji neft ehtiyatlarından neftin istifadəsini nəzərdən keçirəcək.

Ölkənin enerji nazirliyinin bəyanatında deyilir ki, Səudiyyə Ərəbistanından xam neft təchizatında qısamüddətli dəyişiklik gözləmir, ancaq vəziyyət uzanarsa, bu, xam neft təchizatına təsir göstərə bilər.

Səudiyyənin neft sənayesinə hücumda ABŞ İrandan şübhələnir, ancaq İran ittihamları rədd edib.

Trump deyib ki, Birləşmiş Ştatlar bu hücumlara mümkün cavab üçün “tam döyüş vəziyyətindədir”.

“Geosiyasi risk də nefti bahalandıracaq. Bu hücumun neft bazarına maddi təsiri var, Səudiyyə Ərəbistanından günə 5 milyon barel neftin az gəlməsini uzun müddətə mövcud ehtiyatlarla doldurmaq olmaz”, – “Wood Mackenzie” şirkətinin vitse-prezidenti Alan Gelder deyib.

Bu hücumlardan sonra Səudiyyə Ərəbistanı emal olunmuş məhsulların mühüm alıcısına çevriləcək, “Energy Aspects” konsultasiya şirkəti bildirir.

Saudi Aramco-dan Hindistanın neft emalı zavoduna deyiblər ki, neft təchizatına təsir hiss olunmayacaq, çünki xam neft digər mənbələrdən çatdırılacaq və bundan ötrü yetərincə ehtiyat var.

Asiyada Tailand kimi alıcılar da hücumların neft idxalına elə bir təsiri olmayacağını bildiriblər.

XS
SM
MD
LG