Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 16:31

11 sentyabr terrorundan 18 il sonra cihadçılıq – Qərb mediası


Nyu Yorkda hücum burada baş vermişdi, oktyabr, 2001-ci il
Nyu Yorkda hücum burada baş vermişdi, oktyabr, 2001-ci il

“Stratfor” təhlil mərkəzinin portalında Scott Stewart ABŞ-da 11 sentyabr terrorundan 18 il sonra dünyada cihadçılığın durumunu analiz edir. O, cihad hərəkatının daim müxtəlif komponentlərdən ibarət olduğunu, heç vaxt vahid ideologiya, nəzəriyyə və əməliyyat doktrinasının olmadığını vurğulayır.

“Çoxlu sayda yeni yaranan qruplar İslam Dövləti, yaxud al-Qaeda adı altında fəaliyyət göstərsələr də, onların əməliyyatları əsasən müstəqil xarakterlidir və iki özək təşkilatın itkiləri onlara təsir göstərmir”, – müəllif yazır.

“Bu mərkəzsizləşdirilmiş model o deməkdir ki, cihadçı silahlılar həm yerli, həm də qlobal səviyyədə bir sıra təhdidlər yaradırlar və təhlükəsizlik qüvvələri gələcək hücumları önləməkdən ötrü hər iki səviyyədə təzyiqi saxlamalıdırlar ”, – məqalədə deyilir.

18 il qabaq Osama bin Laden və onun cihadçı al Qaeda qrupu tarixdə ən dəhşətli terror hücumlarından birini törətdi. Nyu York və Vaşinqtonda hücumlarda 3 minədək günahsız şəxs həlak oldu, bütün dünya sarsıldı. Bu hücumun təsirləri indi də hiss olunmaqdadır, istər ABŞ-ın Əfqanıstan və İraqı tutmasında, istərsə də qlobal səviyyədə hava səyahətində təhlükəsizliyin gücləndirilməsində...

“Cihadçılıq ideologiyası qaldıqca, adamları özlərinin utopik vədlərinə çatmaqdan ötrü silaha əl atmaq səviyyəsində radikallaşdıracaq və buna həvəsləndirəcək. Ancaq cihadçılar vahid qüvvə deyillər. Bu da təhlükəsizlik əməliyyatlarının hərəkatın müxtəlif fərdi, yerli qlobal elementlərini ayrılıqda baxmasında, onun yayılmasını effektiv şəkildə önləməsində vacib məqamdır”, – müəllif vurğulayır və özək cihadçı qrupların gücünü yenidən bərpa etməməsi üçün ABŞ və koalisiya qüvvələrinin bütün dünyada yerli tərəfdaşlara dəstəyi davam etdirməli olduğunu qeyd edir – Qərbi Afrikadan tutmuş Sulu Arxipelağına və Filippinədək.

Eyni zamanda qlobal və yerli hüquq-mühafizə və kəşfiyyat agentlikləri də özək və törəmə cihadçı qrupların fəaliyyətini boğmaq yönündə işi davam etdirməlidirlər, yazan müəllif vurğulayır ki, “cihadçılıq ideologiyası məğlub edilməyincə nifrət yayanlar ardıclılar cəlb edəcək, dünyanın qalan hissəsini hədələməyə davam edəcək”.

XS
SM
MD
LG