Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 01:38

ABŞ Əfqanıstan üzrə xüsusi elçisini geri çağırıb – Qərb mediası


Əfqanıstan təhlükəsizlik qüvvələri daha bir bölgəni Talibandan geri alır, 7 sentyabr, 2019-cu il
Əfqanıstan təhlükəsizlik qüvvələri daha bir bölgəni Talibandan geri alır, 7 sentyabr, 2019-cu il

Birləşmiş Ştatlar Talibanla sülh danışıqlarını aparan xüsusi elçisini geri çağırıb. Bundan öncə isə Prezident Donald Trump silahlı qruplaşma liderləri ilə gizli görüşü təxirə salıb.

Talibanın bu günlərdə Kabildə törətdiyi partlayışda bir ABŞ əsgəri daxil olmaqla 12 nəfər öldürülüb.

Taliban “həddini aşıb”

Dövlət katibi Mike Pompeo sentyabrın 8-də televiziyayla çıxışında deyib ki, Zalmay Khalilzad geri çağırılıb və indilik, sülh danışıqları başa çatıb. Pompeo-nun sözlərinə görə, Taliban son hücumla “həddini aşıb” və “davranışı dəyişmək” silahlıların boynuna düşür.

Sentyabrın 7-də Trump bir neçə tvit ataraq 11 sentyabr terrorunun ildönümündən öncə Kemp Deyviddə iki tərəflə danışıqlar planlaşdırdığını yazırdı. Al-Qaeda qruplaşmasının həyata keçirdiyi həmin hücum ABŞ tarixinə ən dəhşətli terror aktı kimi düşüb.

Trump sonradan Taliban-ı 5 sentyabr hücumula danışıqlara təzyiq göstərməyə çalışmaqda suçlayıb.

“Əgər onlar belə vacib danışıqlar zamanı atəşkəsi razılaşdıra bilmirlərsə, 12 günahsız adamı öldürürlərsə, onda mənalı razılaşma əldə etmək gücündə deyillər”, – Trump tvitində yazıb.

Taliban isə sentyabrın 8-də bəyanatında deyib ki, bu qərar “hər kəsdən çox ABŞ-a ziyan vuracaq, onun etibarlılığnı zərbə altında qoyacaq”.

Əfqanıstan Prezidenti Ashraf Ghani-nin idarəsi də Talibanı ittiham edib, real sülhün yalnız Taliban zorakılığı dayandırarsa, hökumətlə birbaşa danışıq aparararsa, mümkün olacağını bildirib.

Qapılar açıq qalır...

“Frans Pres” agentliyi həm Birləşmiş Ştatların, həm də Talibanın yeni danışıqlar üçün qapıları açıq saxladığını vurğulayır.

Təxirə salınmış danışıqlar Trump-ın müttəfiqlərindən bəzilərini qəzəbləndirmişdi. “Kemp Deyvid Amerika liderlərinin, Talibanın dəstəklədiyi Al-Qaeda hücumuna reaksiyamızı planlaşdırdığı yerdir... Talibanın heç bir üzvünün oraya ayağı dəyməməlidir. Heç vaxt”, – Konqresin respublikaçı üzvü, keçmiş vitse-prezident Dick Cheney-nin qızı Liz Cheney tvitində yazıb.

Trump 2016-cı ilin seçki kampaniyasında vəd etdiyi kimi ABŞ əsgərlərini Əfqanıstandan çıxarmağa, bu ölkədə 18 ilə yaxındır gedən münaqişəni bitirməyə çalışır.

Taliban Əfqanıstan hökumətilə danışıqları rədd edir, onu Birləşmiş Ştatların oyuncağı hesab edir.

“Sonucda, bu, ABŞ hökumətilə Taliban arasında ikitərəfli sazişdir. Əfqanıstan hökuməti burada tərəf deyil. Bu o deməkdir ki, Trump administrasiyası bir məqamda, Kabilin dirənişinə baxmayaraq, sazişi imzalaya bilər”, – Wilson Mərkəzində Asiya proqramının direktor müavini Michael Kugelman “The Associated Press” agentliyinə deyib.

XS
SM
MD
LG