Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 14:45

'Siyasi məhbus'larla bağlı növbəti siyahı açıqlanıb


Həbsxana

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi qrup sentyabrın 3-də siyasi məhbus sayılan şəxslərlə bağlı yenilənmiş siyahı açıqlayıb.

Siyahıya 119 nəfərin adı daxil edilib.

Bu barədə AzadlıqRadiosuna İşçi qrupdan məlumat verilib.

Qrupun üzvləri vurğulayıb ki, daha 11 şəxs isə monitorinq altındadır.

Verilən məlumata görə, 119 nəfərdən 5-i jurnalist və bloqer, 1-i də hüquq müdafiəçisidir. Siyahıda yer alan 7 şəxsin də siyasi və ictimai fəallar olduğu bildirilir. Qurumdan vurğulanıb ki, siyasi məhbus kimi tanınanların daha 47-si inanclı şəxs, 3-ü də ömürlük məhbusdur.

1 şəxs də siyahıda «siyasi girov» kimi təsnifatlaşdırılıb. Onun mühacirlərdən birinin qohumu olduğu vurğulanır.

Qurumdan bildirildiyinə görə, siyahıda yer alanlardan 3-ü də vaxtilə Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi və xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılan Səid Dadaşbəyli (o da ittihamı qəbul etmir) və onunla birgə tutulanlardır. Qalan 52 şəxsin də «Gəncə işi» ilə bağlı tutulduqları bildirilir.

İşçi qrup qeyd edib ki, fevralın 20-də bundan əvvəlki hesabatın açıqlamasından sonra 61 nəfər siyasi məhbus azadlığa buraxılıb. Lakin 53 nəfərin adları siyahıya yenidən əlavə edilib. Onlardan 1 nəfərdən başqa qalanları «Gəncə işi» ilə bağlı həbs olunan şəxslərdir.

Xatırlatma

Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı bir neçə siyahı var. 3 gün öncə, avqustun 31-də «Azərbaycan Siyasi Məhbuslara Azadlıq» İttifaqı (ASMAİ) da ölkədə siyasi məhbus saydıqları şəxslərin yeni siyahısını yaymışdı. Orada isə bundan iki nəfər az, 117 şəxsin adı vardı.

Bu ilin martında prezidentin imzaladığı əfv sərəncamı ilə 50-yə qədər siyasi məhbusun azadlığa buraxıldığı açıqlanmışdı. Ondan sonra bəzi siyahıda 80, bəzi siyahıda isə 100 civarında siyasi məhbusun qaldığı vurğulanırdı.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyahi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb edilmiş adamlardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG